Şimali Koreyada yeni nəsil ilk esmines suya buraxılıb


Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikası (KXDR) Hərbi Dəniz Qüvvələrinin yeni nəsil ilk esminesinin suya salınması mərasimində iştirak edib. SİA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Nampho gəmiqayırma tərsanəsində keçirilən mərasim Koreya Xalq Ordusunun yaradılmasının ildönümündə baş tutub.

Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Ço Çxun Ryonun sözlərinə görə, gəmi ən güclü silahlarla təchiz edilib.

Əlaqəli Xəbərlər