Gürcüstana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və komitənin əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun (AADF) icraçı direktoru Əkrəm Abdullayev ,eləcə də Azərbaycan səfirliyinin məsul əməkdaşları Laqodexi rayonunun Qabal kəndinin sakinləri ilə görüşüblər. SİA xəbər verir ki, görüş “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə keçirilib. Mərkəzin rəhbəri Yavər Məmmədov “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti və görülən işlər barəsində qonaqlara ətraflı məlumat verib. Mərkəzin qarşısında duran məqsədlər və vəzifələr barədə rəy və təkliflər qeyd olunub. Vaqif Seyidbəyov çıxışında bildirib ki, səfər çərçivəsində Gürcüstanın şəhər və kəndlərində DİDK-in layihələri…
Daha çoxDay: April 26, 2025
Tramp və Zelenski Papanın dəfnindən sonra danışıqlar barədə razılığa gəliblər
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb. Daha əvvəl xarici KİV Donald Trampın Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi başlamazdan əvvəl Vladimir Zelenski ilə qısa görüş keçirdiyi barədə məlumat yaymışdı.
Daha çoxProkurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. SİA xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1250-dən çox ağac əkilib. Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.
Daha çoxBeynəlxalq səyyahların Cəbrayıl rayonuna səfəri başlayıb
“NomadMania” beynəlxalq səyyah klubu üzvlərinin işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfəri çərçivəsində Cəbrayıl rayonuna gəliblər. SİA xəbər verir ki, səyyahlar öncə rayonun Mehdili kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar. Sahə barədə ANAMA-nın Ərazi üzrə əməliyyat rəhbəri Qadir Namazəliyev səyyahlara məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra buradan məcburi köçkün düşən əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk olaraq ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə start verilib. O da vurğulanıb ki, işğalda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən, digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayıl rayon…
Daha çoxGədəbəy, Ağstafa və Tovuzda “Uşaq İncəsənət Festivalı – 2025” üçün seçim turu keçirilib
Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 21-dən “Uşaq İncəsənət Festivalı – 2025″in birinci seçim turuna start verilib və qeydiyyatdan keçən iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər. SİA xəbər verir ki, bununla bağlı aprelin 23-də Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir. Bundan başqa, aprelin…
Daha çoxAzərbaycan Qiymətləndiricilər Palatasının rüblük fəaliyyəti müzakirə edilib
Bu gün Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) bu ilin I rübünün yekunları ilə bağlı yığıncağı keçirilib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, tədbirdə AQP-nin yarandığı 3 ay ərzində həyata keçirdiyi işlər, əldə olunan nəticələr, gələcək fəaliyyət istiqamətləri müzakirə edilib. Palatanın Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov çıxış edərək təşkilatın rüblük fəaliyyəti ilə bağlı hesabat verib və gələcək fəaliyyətlə bağlı strateji baxışlarını üzvlərin diqqətinə çatdırıb. O, bildirib ki, qiymətləndirmə sektorunun inkişafını təmin etmək hüquqi və nizamlayıcı bazanın formalaşdırılması, düzgün planlaşdırma və strateji yanaşmanın tətbiqi, qiymətləndiricilərin təlimi və sertifikasiyası, şəffaflıq və…
Daha çoxTramp Romada Meloni, Starmer və Zelenski ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Romada İtaliyanın Baş naziri Ciorcia Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirməyi planlaşdırır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb. Daha əvvəl bildirilmişdi ki, D.Tramp xanımı ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcək. “La Repubblica” qəzetinin yazdığına görə, Trampın Romada qalması 15 saatla məhdudlaşır. V.Zelenskinin tədbirdə iştirakı sual altında idi. Nəşrin məlumatına görə, onun adı Müqəddəs Taxtın mətbuat xidməti tərəfindən jurnalistlərə təqdim edilən müxtəlif ölkələrin nümayəndə heyətlərinin yenilənmiş siyahısında var. İtaliya…
Daha çoxSabah Azərbaycanda 29 dərəcə isti olacaq
Azərbaycanda aprelin 27-də 29 dərəcə isti olacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 %…
Daha çoxAzərbaycan səfiri Belarusun Ticarət-Sənaye Palatasının sədri ilə görüşüb
Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Görüş çərçivəsində tərəflər əsas sektorlarda biznes tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Bununla yanaşı, Belarus şirkətlərinin nümayəndələrinin Azərbaycana qarşıdakı səfərinin proqramı, Bakıda keçiriləcək biznes forumun təşkili, azərbaycanlı həmkarlarla B2B formatında görüşlər, birgə layihələr üzrə danışıqlar barədə ətraflı fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd edilib.
Daha çoxABŞ-İran birbaşa olmayan görüşü bu gün başlayır
ABŞ və İran arasında yüksək səviyyəli birbaşa olmayan görüşün üçüncü raundu texniki məsləhətləşmələrdən sonra aprelin 26-da Omanın paytaxtı Maskatda başlayacaq. SİA xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, iki ölkənin mütəxəssislərindən ibarət heyət İran nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər. Məlumata görə, siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Ərakçi ABŞ təmsilçilərinə isə prezidentin xüsusi səfiri Stiven Uitkoff rəhbərlik edir. Mütəxəssislərin danışıqlarına ABŞ-ni Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, İranı isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.…
Daha çox