Azərbaycanda Çin Qlobal Cənubun lideri hesab olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb. “Biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır”, – deyə dövlət başçısı qeyd edib. Prezident proaktiv olmağa, yəni öncədən tədbir görməyə davam etməyin vacibliyin də vurğulayıb: “Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Biz bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyimiz deyil, həmçinin COP29-dakı sədrliyimiz zamanı nümayiş etdirdik. Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada şəxsən…
Daha çoxDay: April 26, 2025
Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq
Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi həm ibtidai, həm də baza səviyyəsində şagirdlər üçün məcburi olacaq. SİA xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze məlumat verib. Onun sözlərinə görə, bu qərar 2025-ci ilin sentyabrında qüvvəyə minəcək. Nazir deyib ki, kompüter texnologiyası 10-cu sinfə qədər şagirdlər üçün icbari fənn olacaq. Son iki ildə – 11 və 12-ci siniflərdə fənnin dərindən öyrənilməsi seçmə xarakter daşıyacaq. Məktəblər bunun üçün lazım olan bütün kompüter avadanlığı ilə mərhələli şəkildə təmin olunacaq. Nazir əlavə edib ki, bu tədris ilində Gürcüstanda 100-ə…
Daha çox“Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub”
2024-cü ildə Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Biz qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10-12 gündür. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən…
Daha çoxSuriya sanksiyaların yumşaldılmasına dair şərtlər siyahısı ilə bağlı ABŞ-yə cavab verib
Suriya sanksiyaların yumşaldılmasına dair şərtlər siyahısı ilə bağlı ABŞ-yə yazılı cavab verib. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, Suriya hökuməti şərtlərin əksəriyyətini yerinə yetirdiyini vurğulayır, lakin qalan şərtlərin yerinə yetirilməsi üçün Vaşinqtonla “qarşılıqlı anlaşma” tələb olunur. ABŞ Dövlət Departamentinin nümayəndəsi təsdiqləyib ki, Vaşinqton Suriya hökumətindən ABŞ-nin “etimadın möhkəmləndirilməsi üçün konkret, ətraflı tədbirlər” görülməsi xahişinə cavab alıb. “Biz hazırda cavabı qiymətləndiririk. Gələcəkdə münasibətlərin normallaşması müvəqqəti hakimiyyətin addımları ilə müəyyən ediləcək”, – Dövlət Departamentindən bildirilib. Xatırladaq ki, ABŞ daha əvvəl Suriyaya sanksiyaların qismən yüngülləşdirilməsi müqabilində yerinə…
Daha çoxAzərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb
Azərbaycanın əksər rayonlarında aprelin 25-i gün ərzində hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və…
Daha çoxAzərbaycan-Qazaxıstan İşgüzar Şurasının fəaliyyəti müzakirə edilib
Azərbaycan və Qazaxıstan iki ölkə arasında yaradılmış İşgüzar Şuranın fəaliyyətini müzakirə edib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr İşgüzar Şuranın həmsədri, Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyinin (KIT) təsisçisi Dauren Bimov və heyəti ilə görüşdə baş tutub. “Görüşdə ölkədə KIT-in nümayəndəliyinin fəaliyyətinə, İşgüzar Şura çərçivəsində əməkdaşlığa dair fikirlərimizi bölüşdük”, – deyə sədr qeyd edib.
Daha çoxİstanbul bələdiyyəsinin təxminən 50 nümayəndəsi saxlanılıb
İstanbul polisi şəhər bələdiyyəsinin korrupsiyada şübhəli bilinən daha 47 nümayəndəsini saxlayıb. SİA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Saxlanılanlar arasında daha əvvəl həbs edilmiş İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bir sıra departament rəhbərləri və katibliyi var.
Daha çoxAzərbaycan süd və qaymaq idxalını 41 % artırıb
Bu ilin I rübündə Azərbaycana 4 327 ton süd və qaymaq idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 6 milyon 441 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 257 ton (40,9 %), dəyər baxımından isə 1 milyon 725 min ABŞ dolları (36,6 %) çoxdur. Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Daha çox“Çinlə strateji tərəfdaşlıq ŞƏT çətiri altında bir çox imkanlar açır”
Çinlə strateji tərəfdaşlıq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çətiri altında əməkdaşlıq baxımından bir çox imkanlar açır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır: “Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm”. Azərbaycan liderinin sözlərinə görə, təşkilatla yaxınlıq həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar: “Çünki biz Xəzərin qərb sahilində yerləşən ölkəyik.…
Daha çoxİranda limanda partlayış olub
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub. SİA “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib. Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil. Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.
Daha çox