SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Agroficient” komandası 25 min avro məbləğində investisiya əldə edib. SİA xəbər verir ki, BANM-dən bildirilib ki, komanda “Startupbootcamp”ın kənd təsərrüfatı akselerasiyasının final mərhələsinə keçib. Onlar neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Emil Huseynli və Malik Sultanovdur. Komandanın elmi rəhbəri isə İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadədir. 1500-dən çox startapın qatıldığı akselerasiyada 30 startap seçilib və komanda da onlardan biridir.
Daha çoxDay: April 26, 2025
Prioritetlər sırasında Çin xüsusi yer tutur
Prioritetlər sırasında Çin xüsusi yer tutur. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Dövlət başçısı aparıcının Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevlə bağlı sualını cavablandırarkən qeyd edib ki, o, iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynayıb: “O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. Zənnimcə, bir ildən sonra Çini ziyarət etdi, 1994-cü il idi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində.…
Daha çoxZelenski və Tramp 15 dəqiqə danışıblar, danışıqları davam etdirməyə razılaşıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıblar. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Məlumata görə, komandalar görüşün davamının təşkili üzərində işləyirlər. “Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər”, – S.Nikiforov bildirib. O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.
Daha çoxƏdliyyə naziri İmişlidə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 2 may 2025-ci il tarixində İmişli rayonunda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 may tarixinədək İmişli regional ədliyyə idarəsinə (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi 12A, əlaqə telefonu: +994 21 246-12-13) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər: “Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları…
Daha çoxAzərbaycan süddən hazırlanmış yağların idxalını 42 %-ə yaxın artırıb
Bu ilin I rübündə Azərbaycana 7 685 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağın dəyəri 53 milyon 721 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 268 ton (41,8 %), dəyər baxımından isə 25 milyon 515 min ABŞ dolları (90,4 %) çoxdur. Hesabat dövründə süddən hazırlanmış yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 %-ni təşkil edib.
Daha çox“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”
Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1 %-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib. “Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla…
Daha çoxPutinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi barədə məruzə edilib
Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatı başa çatıb. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatının başa çatması barədə məruzə edib.
Daha çoxBeynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər
“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər. SİA xəbər verir ki, qonaqlara ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti barədə məlumat verilib. Qeyd edilib ki, ərazidə metal qırıntıları çox olduğu üçün seçilən sahələr kiçik beldən istifadə etməklə, yəni əllə qazma üsulu ilə təmizlənir.
Daha çoxİlham Əliyevin müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq yaşanıb
Prezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı Azərbaycan çayı barədə aparıcı ilə maraqlı dialoq yaşanıb. SİA həmin dialoqu təqdim edir: – Bilirsiniz, cənab Prezident, biz danışırıq və mən sanki susamışam, yanımızda çay var. – Bilirəm nəyi nəzərdə tutursunuz. – Bayaqdan ona baxıram. Sizin şərəfinizə. – Sizin şərəfinizə. – Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram. – Doğrudan? – Bəli. Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm. – Bəli, bu, milli stəkandır. Bilirsiniz, onun forması, zənnimcə, armuda bənzəyir. Beləliklə, stəkanın forması,…
Daha çoxXəzər rayonunda Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın doğum günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Xəzər rayonunda görkəmli oftalmoloq, ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Gülşən Paşayeva, tarix elmləri doktoru Dilarə Seyidzadə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı…
Daha çox