Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan İlkin Əhmədov saxlanılıb. SİA xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əhmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Daha çox

Azərbaycan və Çin münasibətləri daha yüksək səviyyəyə qaldırılır

Azərbaycan və Çin münasibətləri daha yüksək səviyyəyə qaldırılır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, hazırda iki ölkə arasında əlaqələr əladır: “Altı ildən sonra yenidən səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı”.…

Daha çox

Şamaxı, Qobustan xəstəxanalarının mənimsəmədə təqsirləndirilən sabiq direktoruna hökm oxunub

Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, ona bir il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib. İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib. İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində…

Daha çox

Azərbaycan qarğıdalı idxalını 19%-ə yaxın artırıb

Bu ilin I rübündə Azərbaycana 36 024 ton qarğıdalı idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 10 milyon 965 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 701 ton (18,8 %), dəyər baxımından isə 393 min ABŞ dolları (3,7 %) çoxdur. Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Daha çox

“Çin bazarında daha çox payımızın olmasını istəyirik”

Çin Azərbaycanın idxalı baxımından bir nömrəli, ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik”, – deyə o qeyd edib. Dövlət başçısı Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi barədə də danışıb və deyib ki, Azərbaycan üçün bu təşəbbüs yalnız tranzit marşrutu deyil: “Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki coğrafi mövqeyimiz əlverişlidir,…

Daha çox

Azərbaycan Prezidenti Çin Sədri ilə münasibətlərindən danışıb

Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə münasibətlərindən danışıb. SİA xəbər verir ki, Azərbaycan Prezidenti Si Cinpinlə çox mehriban münasibətləri olduğunu vurğulayıb. “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm. Onunla görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnunam. Biz danışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonra rəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox…

Daha çox

“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb

“McDonalds” şirkəti Rusiyada “McDonalds” ticarət nişanını qeydiyyatdan keçirmək üçün “Rospatent”ə müraciət edib. SİA xəbər verir ki, ərizə 2024-cü ilin dekabrında verilib, 2025-ci ilin aprelində isə baxılmaq üçün qəbul edilib. Sənəddə qeyd olunur ki, şirkət əmtəə nişanından içki və qida məhsullarının istehsalı və satışı, o cümlədən fast-food, restoran xidmətləri və qida və içkilərin çatdırılması üçün istifadə etməyi planlaşdırır. Əmtəə nişanının qeydiyyatı “McDonalds”ın Rusiya bazarında brenddən istifadə hüququnu qanuni şəkildə rəsmiləşdirmək istəyini nümayiş etdirir. Bu, şirkətin Rusiyadakı mümkün fəaliyyətinin bərpası istiqamətində ilk addımdır. Faktiki olaraq restoranların açılışı və ya yeni obyektlərinin tikintisi…

Daha çox

“Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var”

Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. “Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha…

Daha çox

İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb. SİA TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib. “İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb”, – o qeyd edib. Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

Daha çox