İranın daxili işlər naziri İskəndər Momeni ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış yerinə uçub. SİA Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb. Onun sözlərinə görə, İ.Momeni hadisənin başvermə şəraitinin aydınlaşdırılmasında şəxsən iştirak edəcək. Məlumata görə, o, hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyata rəhbərlik edəcək. Bəndər Abbas şəhərində qanköçürmə mərkəzi təcili qan toplanması ilə bağlı çağırış edib.
Daha çoxDay: April 26, 2025
“Mərkəzi Asiya – Çin” formatında XİN başçılarının görüşləri müntəzəm olacaq
Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Çin “Mərkəzi Asiya – Çin” formatında xarici işlər nazirlərinin altıncı görüşünün yekunları üzrə Mərkəzi Asiya – Çin arasında çoxtərəfli qarşılıqlı əlaqələrin arxitekturasının təkmilləşdirilməsi üzrə təklifləri müzakirə ediblər və qarşılıqlı faydalı inkişaf üçün addımları razılaşdırıblar. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Görüş iştirakçıları bu format çərçivəsində mehriban qonşuluq, davamlı inkişaf və çoxtərəfli qarşılıqlı əlaqələrin dərinləşdirilməsi prinsiplərinə ümumi sadiqliklərini vurğulayıblar. Bundan əlavə, onlar bu formatda müntəzəm görüşlər keçirməyə hazır olduqlarını ifadə ediblər. Eyni zamanda, qlobal çağırışlar şəraitində…
Daha çoxPartlayışın səbəbi hələlik açıqlanmayıb…
…İran hakimiyyəti hələlik partlayışın səbəbini açıqlamayıb. SİA-nın məlumatına görə, “Tasnim” hökumətin məlumatlarına istinadən xəbər verir ki, təxribat iddiaları hələ ki, təsdiqini tapmayıb. Bu arada İran dövlət televiziyası partlayışın enerji infrastrukturuna və ya enerji obyektlərinə dəyən ziyan nəticəsində baş verməsi ehtimalını istisna edib. Dünya mediası xəbər verir ki, İranda, xüsusilə beynəlxalq sanksiyalara görə ehtiyat hissələri əldə etməkdə çətinlik çəkən köhnə neft obyektlərində vaxtaşırı sənaye qəzaları baş verir. …AP agentliyinin aydınlaşdırdığı kimi, İran limanında baş verən partlayış Tehranın nüvə proqramı ilə bağlı İran və ABŞ nümayəndə heyətləri arasında Omanda danışıqların üçüncü raundu…
Daha çoxAzərbaycan Özbəkistandakı festivalda, II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur
Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir. Aprelin 26-dan 28-dək keçirilən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti festival və forumda iştirak edir. SİA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Festivalın açılış mərasimində, həmçinin TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er,…
Daha çoxMaraqlıdır, görən, rusların itkiləri nə qədər olub?
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində döyüşlər zamanı ümumi itkilərini açıqlayıb. Kursk vilayətindəki döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 76,5 mindən çox döyüşçü təşkil edib. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib. …Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri 76 550-dən çox hərbçi, 412 tank, 341 piyada döyüş maşını və 314 zirehli transportyorunu itirib, – deyə idarədən bildirilib. Müdafiə Nazirliyi Kursk vilayətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 2,2 min digər zirehli döyüş maşınının, həmçinin 647…
Daha çoxXankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb
Aprelin 25-27-də Azərbaycanın Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Simulyasiya Konfransı keçirilir. SİA xəbər verir ki, aprelin 26-da tədbirin rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni təsis olunmuş universitetdə ötən il ölkəmizin ev sahibliyi etdiyi iqlim konfransının simulyasının keçirilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın uğurlu COP29 təcrübəsindən bəhs edib və…
Daha çoxMedvedev yeni raketlərin sınaqdan keçirilməsi barədə məlumat verib
…Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Həştərxan vilayətindəki Kapustin Yar poliqonuna işgüzar səfəri zamanı yeni raketlərin sınaqdan keçirilməsi barədə məlumat verib. …Biz müdaxilələrə və uzaqmənzilli mərmilərə qarşı artan müqavimətə malik yeni raketlərin buraxılışını gördük… Bu (artilleriya – RT) sistemlərə artan tələbat üç gün əvvəl hərbi sənaye kompleksinin iclasında sözün əsl mənasında müzakirə olundu. SİA-nın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib. Bundan əvvəl Medvedev işgüzar səfərlə Həştərxan vilayətindəki Kapustin Yar poliqonuna getdiyini bildirmişdi. Əli Babayev
Daha çoxCOP29 Prezidentliyi prosesi qorumağı təşviq edir
COP29 Prezidentliyi Tərəflər Konfransının səmərəliliyini artırmaq və ya gücləndirməkdən daha çox prosesin özünü qorumağı təşviq edir. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev aprelin 26-da Xankəndidə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransında danışıb. Onun sözlərinə görə, hazırda xarici çağırışları nəzərə alaraq prosesi və prosesin irsini qorumaq olduqca vacibdir. Baş danışıqçı COP29-da qarşıya çıxan əsas problem və əldə olunan nailiyyətlərdən də söz açıb. Y.Rəfiyev bildirib ki, maliyyə məsələsinə gəldikdə dünya iki hissəyə – inkişaf etmiş və inkişaf…
Daha çoxMetrodakı nöqsanlar hələ də aradan qaldırılmayıb
Hesablama Palatasının 2022-2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunmasına dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 10-nun aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir. SİA xəbər verir ki, məlumata görə, həmin təkliflər aşağıdakılardır: – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi obyekti üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smeta sənədlərinə daxil edilməsi nəticəsində 272 658 manat fərq məbləğinin icra prosesində yerinə yetiriləcək işlərin dəyərindən müvafiq qaydada azaldılması; – Metronun III yeni “Bənövşəyi” xəttinə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi…
Daha çoxPrezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. SİA xəbər verir ki, dövlət başçısının müsahibəsi aprelin 25-də həmin televiziya kanalında yayımlanıb. Müsahibəni təqdim edirik. Müxbir Lyu Sin: Zati-aliləri Prezident ƏIiyev, “Danışır liderlər” verilişinə xoş gəlmisiniz. Prezident İlham Əliyev: Sağ olun. – Sizi verilişimizdə yenidən görmək böyük şərəfdir. Altı ildən sonra Çinə ilk dəfədir ki, dövlət səfərinə gəlmisiniz. Son dəfə Siz səfərinizin və ikitərəfli münasibətlərinizin əla səviyyədə olduğunu qeyd etdiniz. Beləliklə, indiki səfərinizi və ikitərəfli əlaqələri bir sözlə ifadə etsəydiniz, nə deyərdiniz? – Elə…
Daha çox