Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir şəhərində növbəti ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri, aidiyyəti qurumların əməkdaşları, şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev prospektinin, 20 Yanvar və Samux küçələrinin kənarlarına, Zəfər, Dostluq və Sahil parklarına, müxtəlif ərazilərdəki yaşıllıq zolaqlarına 600 ədəd həmişəyaşıl, 200 ədəd küknar, şam və sərv ağaclarının tingləri, eləcə də 3000 ədəd mövsümi gül kolları əkilib. Yaşıllıqların suvarılması həyata keçirilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların sayını artırmaqla yanaşı, təbiətə qayğı hissini təbliğ etmək, ictimaiyyətin diqqətini ekoloji tarazlığın qorunmasına,…

Daha çox

Azərbaycan düyü idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb

Bu ilin I rübündə Azərbaycana 17 min 558 ton düyü idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 16 milyon 912 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 404 ton (7,4 %) çoxdur, dəyər baxımından isə 3 milyon 133 min ABŞ dolları (15,6 %) azdır. Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.

Daha çox

Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik

Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti…

Daha çox

Tramp Romadan ABŞ-yə qayıdır

ABŞ Prezidenti Donald Tramp Romadan ABŞ-yə qayıdır. SİA “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Qeyd edək ki, Tramp burada Roma Papası Fransisk ilə vida mərasimində iştirak edib. “Romanın Fyumiçino hava limanına yollanmazdan əvvəl ABŞ Prezidenti İtaliyanın Baş naziri Ciorciya Meloni ilə görüşüb. Onun səhər kilsədəki söhbətindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə yenidən görüşüb-görüşmədiyi aydın deyil”, – məlumatda bildirilib.

Daha çox

Özbəkistan və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı ötən ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin yekunlarına əsasən əldə edilmiş razılıqların praktiki reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. “İqtisadi kooperasiya ili” çərçivəsində həyata keçirilmiş səmərəli iş məmnunluqla qeyd olunub. İlin əvvəlindən əmtəə dövriyyəsinin 20 faiz artdığı, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar,…

Daha çox

Polis Xəzər və Nizami rayonları ərazisində oğurluqlar edən şəxsləri saxlayıb

Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb. Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub. Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov…

Daha çox

“5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq”

Azərbaycanın imzaladığı və icra fazasında olan müqavilələr 2030-cu ilə qədər 6 500 meqavat bərpaolunan enerji verəcək. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. “Müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, 5 ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün…

Daha çox

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan İlkin Əhmədov saxlanılıb. SİA xəbər verir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əhmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Daha çox