Azərbaycan səfiri Belarusun Ticarət-Sənaye Palatasının sədri ilə görüşüb

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Görüş çərçivəsində tərəflər əsas sektorlarda biznes tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Bununla yanaşı, Belarus şirkətlərinin nümayəndələrinin Azərbaycana qarşıdakı səfərinin proqramı, Bakıda keçiriləcək biznes forumun təşkili, azərbaycanlı həmkarlarla B2B formatında görüşlər, birgə layihələr üzrə danışıqlar barədə ətraflı fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd edilib.

Daha çox

ABŞ-İran birbaşa olmayan görüşü bu gün başlayır

ABŞ və İran arasında yüksək səviyyəli birbaşa olmayan görüşün üçüncü raundu texniki məsləhətləşmələrdən sonra aprelin 26-da Omanın paytaxtı Maskatda başlayacaq. SİA xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, iki ölkənin mütəxəssislərindən ibarət heyət İran nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər. Məlumata görə, siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Ərakçi ABŞ təmsilçilərinə isə prezidentin xüsusi səfiri Stiven Uitkoff rəhbərlik edir. Mütəxəssislərin danışıqlarına ABŞ-ni Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, İranı isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.…

Daha çox

AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev 26 aprel Dünya Pilotlar Günü ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik. Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik. Bütün pilot heyətimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara açıq səma və uğurlu uçuşlar arzulayıram! AZAL olaraq sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkar komanda ilə fəxr edirik”.

Daha çox

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Simulyasiya Konfransı keçirilir

Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı keçirilir. SİA xəbər verir ki, ikigünlük konfransda tələbələr, müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər. Tədbir COP29-un əsas mövzuları və məqsədləri haqqında maarifləndirmək, gənclərin iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etmək məqsədi daşıyır.

Daha çox

Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir

Ötən il Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 16 faizi, yəni, ölən hər altı nəfərdən biri velosipedçilər olub. İl ərzində 441 velosipedçi qəzalarda həyatını itirib. Xüsusilə yaşlı insanlar və e-bike istifadəçiləri tez-tez qəzaların qurbanı olurlar. SİA xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin yol-nəqliyyat hadisələri ilə bağlı məlumatında qeyd edilib. Statistikaya əsasən, velosiped sürənlər üçün ən böyük təhlükə avtomobillərdir. Belə ki, 92 min 882 nəfərin xəsarət aldığı velosiped qəzalarının 70,7 faizi avtomobillərlə toqquşmalar nəticəsində baş verib. Həmin qəzaların 75,3 faizinə avtomobil sürücüləri səbəb olub. Qəzalarda ölənlərin 43,5 faizi (192…

Daha çox

Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3800 əlilliyi olan şəxs var

Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3800 şəxs var. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib. Bildirilib ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların…

Daha çox

BƏM Ermənistanın erməniəsilli şəxslərlə rəftarla bağlı əsassız iddialarını rədd edib

Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi aprelin 25-də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə…

Daha çox

Çinin yeni səfiri Ermənistana gedib

Çinin Ermənistandakı yeni səfiri Li Sinvey İrəvana gedib. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i Çin səfirliyinə istinadən məlumat yayıb. Diplomatik missiyadan bildirilib ki, Pekin İrəvanla münasibətləri dərinləşdirmək və Ermənistan-Çin əməkdaşlığını genişləndirmək niyyətindədir. Qeyd edək ki, Çinin Ermənistanda təxminən 9 ay səfiri olmayıb. Çinin əvvəlki səfiri Fan Yun 2024-cü il iyulun 11-də missiyasını başa vurub.

Daha çox

Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb. SİA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata…

Daha çox