ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər

Rusiya və ABŞ Moskva ilə Kiyev nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyünü müzakirə ediblər. SİA xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof arasında Kremldə keçirilmiş görüşü şərh edərkən söyləyib. Y. Uşakovun sözlərinə görə, söhbət üç saat davam edib, konstruktiv və faydalı xarakter daşıyıb və təkcə Ukrayna məsələsi ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq mövzularda iki ölkənin mövqelərinin daha da yaxınlaşmasına imkan yaradıb. “Ukrayna böhranına gəlincə, söhbət əsasən Rusiya Federasiyası və Ukrayna nümayəndələri…

Daha çox

Ukraynaya 410 milyon avro ayrılır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq. SİA xəbər verir ki, bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq. Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, bu gün Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb. “Belə bir sənəd Ukraynanın enerji dayanıqlığını gücləndirəcək. Saziş dövlət zəmanəti ilə AYİB-dən 270 milyon avro cəlb etməyi nəzərdə tutur ki, bu da Norveç hökumətinin 140 milyon avro məbləğində qrantı ilə müşayiət olunacaq. Bu, Ukraynanın “Naftogaz” şirkətinə növbəti istilik mövsümünə hazırlıq üçün əhəmiyyətli həcmdə təbii…

Daha çox

Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib

Bu il “Yaşanabilir bir dünya üçün dialoq” mövzusu ilə 28-ci dəfə keçiriləcək Avrasiya İqtisadi Zirvəsinin təqdimatı keçirilib. SİA xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən mayın 7-i və 8-də təşkil olunacaq Avrasiya İqtisadi Zirvəsinə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamının qatılması gözlənilir. İstanbul Moda Akademiyasında keçirilən təqdimat tədbirində vəqfin rəhbəri Akkan Suver və İstanbul Hazır Geyim və Tikiş Məmulatları İxracatçıları Birliyinin (İHKİB) İdarə Heyəti sədrinin müavini Mustafa Paşahan toplantı ilə bağlı məlumat veriblər. Avrasiya İqtisadi Zirvəsinin iş adamları arasında…

Daha çox

Çin ABŞ-ın bəzi idxal mallarına 125 faizlik rüsumlardan imtina edə bilər

Bloomberg təfərrüatları açıqlayıb…. …Çin hökuməti bəzi ABŞ mallarına tətbiq edilən 125%-lik gömrük rüsumunu dayandırmağı düşünür. Qərar qarşılıqlı ticarət məhdudiyyətləri səbəbindən bəzi sənaye sahələrinin üzləşdiyi iqtisadi itkilər fonunda müzakirə edilir. SİA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Səlahiyyətlilər tibbi avadanlıq və etan kimi bəzi sənaye kimyəvi maddələrinə əlavə rüsumları ləğv etməyi düşünürlər, mənbələr bildirib. Təyyarələrin icarə ödənişlərinin rüsumlardan azad edilməsi imkanları da müzakirə olunur. Dünyanın bir çox hava yolları kimi, Çin daşıyıcıları da bütün donanmalarına sahib deyil və bəzi təyyarələri üçüncü tərəflərdən…

Daha çox

Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub

“Tagesschau”: Azərbaycan – Çin strateji tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan fəaliyyət Aİ üçün böyük əhəmiyyət daşıyır Almaniyanın aparıcı “Tagesschau” xəbər saytında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinə dair geniş məqalə dərc olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə qlobal gərginliklər fonunda enerji və nəqliyyat sahəsində etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycana səfər çərçivəsində Aİ rəsmisinin Çinə mühüm dövlət səfərindən qayıtmış Prezident İlham Əliyev tərəfindən qəbul edildiyi, həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdüyü vurğulanıb.…

Daha çox

Ukrayna hakimiyyətinin işi vətəndaşların maraqlarına uyğun gəlmir

…Prezident Vladimir Zelenski və komandası Ukraynanın mövcudluğunu dayandırmaq üçün hər şeyi edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın “Bilik” cəmiyyətinin rəhbəri Maksim Dreval deyib. Onun fikrincə, Kiyev rejiminin son 10 ildə etdiyi hər şey Rusiyanı təxribata çəkir. Lakin bu, Ukraynanın özünə sərf etmir. Zelenski və komandası ölkələrinin unudulmasını təmin etmək üçün hər şeyi edir. RİA Novosti xəbər verir ki, Dreval Ukrayna hakimiyyətinin işinin vətəndaşların maraqlarına uyğun olmadığını vurğulayıb. O qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlara görə xeyli sayda ukraynalı orden və medallarla təltif edilib.…

Daha çox

ATƏT zonasında sülh və sabitliyə olan təhdidlər və digər məsələlər müzakirə olunub

“Görüşdə Azərbaycanla ATƏT arasındakı mövcud vəziyyət və əməkdaşlıq istiqamətləri, regional çağırışlar, postmünaqişə normallaşmasına aid mövzular, Azərbaycanda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlar təqdim olundu. ATƏT zonasında sülh və sabitliyə olan təhdidlər, ayrı-seçkilik kimi bir sıra məsələlər müzakirə predmeti olub”. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib. XİN başçısı qeyd edib ki, qərarların qəbul olunmasında konsensusa əsaslanan ATƏT kimi bir təşkilatın yeniliklərə uyğunlaşdırılması müzakirə mövzusu olub. “Azərbaycan aqressiya, işğal, ərüzi bütövlüyünün pozulması kimi məsələlərlə üzləşmişdi.…

Daha çox

“Kiyevin potensial sülh razılaşması üçün beş tələbi var…”

Onlardan biri Krımla bağlıdır… …Bu arada Teleqraf Kiyevin beş bənddən ibarət və Amerika planı ilə əhəmiyyətli fərqləri göstərən potensial sülh sazişi ilə bağlı tələblərinin təfərrüatlarını öyrənib. Qeyd olunur ki, tələblər Rusiyanın Krım və digər işğal olunmuş ərazilər üzərində nəzarətinin hər hansı formal beynəlxalq tanınmasının rədd edilməsinə yönəlib. SİA-nın əldə etdiyi məlumata görə, birinci və ikinci bəndlər Çinin Tayvana mümkün işğalı ilə bağlı xüsusi xəbərdarlıqla hər hansı bir sülh sazişinin “təslimiyyətə deyil, beynəlxalq hüquqa əsaslanan” kimi qurulmasına diqqət yetirir. …O, həmçinin “ərazilərin müvəqqəti də olsa Rusiyaya…

Daha çox

Ermənistan Minsk qrupunun ləğvi üçün müvafiq addımlar atmalıdır

“Ermənistan Minsk qrupunun ləğvi üçün müvafiq addımlar atmalıdır”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib. “Bu nə qədər tez baş verərsə, ümumilikdə mühitə, postkonflikt normllaşmasına öz təsirini göstərəcək. Biz başa düşmürük ki, Ermənistan hələ də niyə bu strukturlarını saxlamaqda maraqlıdır”, – deyə nazir bildirib

Daha çox