…Xəbər verildiyi kimi, Ağ Ev Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı müzakirələr çərçivəsində Rusiyanın “Şimal axını 2” qaz kəməri və ola bilsin ki, Rusiyanın Avropadakı digər aktivlərinə qarşı sanksiyaların ləğvini müzakirə edir.
SİA-nın məlumatına görə, bu barədə “Politico” müzakirələrlə tanış olan beş nəfərə istinadən xəbər verir.
Eyni zamanda ABŞ hökuməti daxilində də bu məsələ ilə bağlı mübahisələr gedir.
Nəşr qeyd edir ki, Rusiyanın qaz yataqlarını Qərbi Avropa ilə birləşdirən əsas boru kəmərlərindən birinə qarşı sanksiyaların ləğvi ABŞ-ın prezident Donald Trampın birinci dövründə ilk dəfə tətbiq etdiyi siyasətin kəskin şəkildə dəyişməsi olacaq. Prezident Cozef Bayden səlahiyyət müddətinin əvvəlində bu sanksiyaları ləğv etdi, lakin Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə Ukraynaya işğalına başlamasından sonra onları yenidən tətbiq etdi.
…“Şimal axını 2” layihəsinin bərpası Moskvaya maliyyə faydası gətirə bilər, ancaq Avropa İttifaqı yenidən boru kəməri ilə Rusiya qazını almağa razılaşarsa…
…Sanksiyaların ləğvi Rusiya üçün diplomatik çevriliş və Tramp tərəfindən böyük güzəştə bərabər olardı
Bunu yazan nəşrin mənbələrinə görə, sanksiyaların ləğvinin əsas tərəfdarı Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff olub. İddialara görə, Uitkoff öz komandasına ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi bütün enerji sanksiyalarının siyahısını tərtib etməyi tapşırıb.
Bununla belə, Ağ Evin birgə bəyanatında dövlət katibi Marko Rubio və Uitkoff sanksiyaların aradan qaldırılmasının müzakirə mövzusu olduğunu təkzib ediblər.
Politico-nun başqa bir mənbəsi, Uitkoffun enerji ilə bağlı sanksiyaların ləğvi ideyasını irəli sürdüyü halda, təşəbbüsün Ağ Evdə hələ də böyük maraq qazanmadığını və Dövlət Katibi Marko Rubionun onu pozmağa çalışdığını söyləyib.
Ağ Evin Enerji Dominantlığı Şurasının rəhbəri olan daxili işlər naziri Duq Berqum da Rusiyaya qarşı enerji sanksiyalarının ləğvinə qarşıdır.
…Bəzi ABŞ hökumət rəsmiləri, məsələ ilə tanış olan başqa bir şəxsə görə, Rusiyanın ABŞ-ın Rusiya ilə işgüzar əlaqələri bərpa etmək üçün iqtisadi imkanlarının ölçüsü ilə bağlı Uitkoffu çaşdırdığına inanır.
…Ağ Evdə enerji dominantlığına cavabdeh olan insanlar – Amerika LNG üçün bazarlar istəyən Berqum və Rusiyaya daha yaxın olmaq istəyən Uitkoff arasında daxili mübahisə gedir. Rusiyanın Avropanın aparıcı enerji təchizatçısı statusunu yenidən təsdiqləməsi “Amerika neft və qaz istehsalçıları üçün qan gölünə çevriləcək”.
Bunu Politico mənbələrindən birinə bildirib.
Əli Babayev