Azərbaycan Mərkəzi Bankı (AMB) “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub.
BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.