Sahibkarlar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü” və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. SİA-nın məlumatına görə, müraciət sahibkarlar adından “Pasha Holding” MMC-nin Hüquq üzrə rəhbəri və Komplayens Departamentinin direktoru Aytac Qasımova tərəfindən səsləndirilib.

Daha çox

Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edib

Kənd Təsərrüfatı Nazirliyi subsidiya almaq istəyən fermerlərə müraciət edərək onları mayın 31-nə qədər yazlıq əkinlərini bəyan etməyə çağırıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, Azərbaycanda yazlıq əkinləri dövlət subsidiyalaşdırır. Əkin sahələrinin hər hektarına görə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq fermerlərə subsidiyalar ayrılır. “Öz təsərrüfatlarında pambıq, qarğıdalı, günəbaxan, kartof, yazlıq arpa və buğda, tərəvəz, bostan və s. bitkiləri becərən fermerlər dövlət dəstəyindən yararlanmaq üçün əkinlərini mütləq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməlidirlər. Subsidiya almaq üçün müraciət prosesi tam elektronlaşdırılıb. Yazlıq əkinlərin…

Daha çox

“Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycanın uğurlu addımları mövcuddur”

“Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycanın uğurlu addımları mövcuddur. Bu addımlar həm daxili siyasətə, həm də xarici siyasətə təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, daxili siyasət ərazilərin minadan təmizlənməsi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, onların məşğulluğunun təmin olunması, bölgədə infrastrukturun təminatı, yaşayış binalarının tikintisi ilə müşahidə olunur: “Bizim üçün əsas məsələ keçmiş məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunmasıdır. Eyni zamanda Böyük Qayıdışın xarici siyasətədə təsiri mövcuddur. Çünki Cənubi Qafqazla maraqlanan ekspertlər, iqtisadçılar və diplomatlar görürlər ki, Azərbaycan sürətli şəkildə bölgənin yenidən…

Daha çox

Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından aktiv istifadə etməlidirlər

Azərbaycan sahibkarları qeyri-yaşayış sahələrindəki tikinti amnistiyasından aktiv istifadə etməlidir. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib. “Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə sahibkarların bu tip tikinti obyektləri üçün sadələşdirilmiş icazə proseduru nəzərdə tutulub. Fərman faktiki olaraq qeyri-yaşayış sahələrində tikinti amnistiyası elan edir. İş adamlarını bu fürsətdən daha aktiv…

Daha çox

Tibb mütəxəssislərinin hansı halda sertifikasiya imtahanından azad olunacağı açıqlanıb

Azərbaycanda tibb mütəxəssisləri sertifikat şəhadətnəməsini 5 il ərzində 250 kredit balı yığmaqla da əldə edə biləcəklər. SİA xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək Məcəlləsinə təklif edilən dəyişiklik barədə danışarkən deyib. Şöbə müdiri xatırladıb ki, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir: “Təklif olunan yeni dəyişikliklərə əsasən tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə,…

Daha çox

Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək

Bu ilin mayın 10-da Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu təşkil olunacaq. SİA xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Sahibkarlar Günü” və 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, forum İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, İslam Ticarət və İnkişaf Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. “Sahibkarları bu əhəmiyyətli tədbirdə iştiraka dəvət edirəm”, – deyə M. Musayev vurğulayıb.…

Daha çox

“Təxribatlar siyasi alətlər sırasında çox tez-tez istifadə olunan vasitədir”

“Təxribatlar siyasi alətlər sırasında çox tez-tez istifadə olunan vasitədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, burada böyük və kiçik dövlətlər müxtəlif istiqamətlərdə, müxtəlif hədəflər çərçivəsində bundan istifadə edirlər. Amma Ermənistanın fərqli cəhəti odur ki, Ermənistanın siyasəti bütövlüklə təxribatlardan ibarətdir. Onlar bu aləti istifadə etməkdən yorulmurlar. Əlbəttə, buna əsas səbəb ondan ibarətdir ki, Ermənistan öz xeyrini gözünün, ayağının altında görə bilmədiyindən xarici qüvvələrə pənah gətirir və onların sözü ilə oturub-durur, onların idarəçiliyinə tabe olur. Bu, ilk növbədə Ermənistanın subyektivliyini itirməsi anlamına gəlir. Çünki müstəqil dövlət heç…

Daha çox

Hiperaktiv uşaqlar üçün valideynlər nə etməlidirlər?

“Hiperaktiv uşaqlar üçün birinci növbədə və ən əsas məsələ psixiatrın görüşüdür. Yəni psixiatr uşaqa baxıb həqiqətən də onun hiperaktiv olub-olmadığını birinci təsdiqləməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, bəzən aktiv uşaqlara belə hiperaktiv uşaq deyirlər. Lakin düşünürəm ki, bu çox yanlış bir yanaşmadır: “Bundan əlavə əgər uşaq hiperaktivdirsə onun aktivliyinin tənzimlənməsi, düzgün yönləndirilməsi üçün müxtəlif aktivitlərə getməlidir. Yəni uşaq əgər dərnəklərə getmirsə, valideynlər övladlarını dərnəklərə yazdırmalıdır, dərnəklərdə müxtəlif sahələrlə uşaq məşqul olmalıdır. Əgər ümumiyyətlə davranış pozğunluğu kimi özünü göstərirsə, belə uşaqlar həm nevroloji, həm də…

Daha çox

Azərbaycanda qeydiyyata alınmış sahibkarların sayı 1,6 milyonu ötüb

Bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Sahibkarlar Günü” və 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, hazırda 212 mindən çox hüquqi şəxs statusuna malik sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da əvvəlki illə müqayisədə 7,1 % artım deməkdir. “Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti sürətlə inkişaf edir”, –…

Daha çox