Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Feridun Sinirlioğlunu ATƏT-in Baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı. ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi. Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu. Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində…
Daha çoxDay: April 25, 2025
Mülki hava gəmilərinə sertifikatların verilməsi qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək. Növ sertifikatını Agentlik aşağıdakı hallarda tanıyır: – növ sertifikatı aidiyyəti üzrə Braziliya Federal Respublikasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (ANAC), Avropa Komissiyasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (EASA), Amerika Birləşmiş Ştatlarının…
Daha çoxİlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. SİA xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı. Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar. Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər. Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların…
Daha çoxDaimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib
Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir. Meyarlarla aşağıdakı coğrafi zonalar müəyyən edilib: – yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının…
Daha çoxAzərbaycan və Latviya beynəlxalq yükdaşımalarda icazələrin sayını 2 dəfə artırıb
Azərbaycan və Latviya arasında daşıyıcılarının beynəlxalq yükdaşımalarında iştirakının artırılması məqsədilə ikitərəfli əsasda mübadilə edilən “İcazə” blanklarının illik kvotasının 2 dəfə artırılması barədə razılıq əldə olunub. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu barədə aprelin 23-24-də Bakıda Azərbaycanla Latviya arasında keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyasının növbəti iclasında razılıq əldə edilib. Tədbirdə iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının cari vəziyyəti, daşımalardakı problemlər və onların həlli yolları müzakirə edilib. Həmçinin müxtəlif növ daşımaların daha çevik həyata keçirilməsinə şərait yaradılması…
Daha çoxAzərbaycan dilinin dövlət dili kimi təsbit olunmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidməti
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunur. Məlum olduğu kimi, bu il anadan olmasının 102 illiyini qeyd edəcəyimiz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Təsadüfi deyil…
Daha çox“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, xüsusi cari hesabların sayı 7-dən 9-a çatdırılıb. Yeni hesablar aşağıdakı kimidir: – elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı cari hesab – elektron pul təşkilatının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1.5-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərməsi; – elektron pulun emissiyası və elektron pul ilə ödəniş…
Daha çox“MDB ölkələri arasında Azərbaycan ilk yerlərdən birini tutur”
“İkinci Dünya Müharibəsinin qələbəsinin 80 illiyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə iştirakçılarına 500 manat birdəfəlik maddi yardım ayrılması haqqında sərəncam imzalamışdır. Bu eyni zamanda arxa cəbhədə çalışan və ya dünyasını dəyişən müharibə iştirakçılarının ailə üzvlərinə maddi yardım edilməsi ilə bağlı sərəncamda qeyd olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, bu çox böyük bir hadisədir. Bu həcmdə maddi yardımların paylanmasına görə, MDB ölkələri arasında Azərbaycan ilk yerlərdən birini tutur: “Təbii ki, İkinci Dünya Müharibəsində iştirak edənlərin sayı azalır. Artıq bizim ölkəmizdə də hardasa…
Daha çoxAnar Əliyev Ağstafada vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha çoxAMB-nin nümayəndə heyəti Seçki Qrupunun iclasında iştirak edib
ABŞ-də işgüzar səfərdə olan Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti paytaxt Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Yaz Toplantıları çərçivəsində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun iclasında iştirak edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, AMB sədrinin I müavini Əliyar Məmmədyarov toplantıda çıxışı zamanı ölkənin makroiqtisadi göstəriciləri və maliyyə sektorunun inkişaf trendləri barədə məlumatı diqqətə çatdırıb. O, Dwnya Bankı və IMF ilə uzunmüddətli səmərəli tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Toplantıda Seçki Qrupuna üzv ölkələrin dövlət və hökumət rəsmiləri, Dünya Bankı və IMF-in rəhbər…
Daha çox