Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərafdaşlığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilən Beynəlxalq Autizm Konfransı başa çatıb. “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edib. Konfransda “İnklüziv siniflərdə autizmli şagirdlərə bacarıqların öyrədilməsi barədə tədqiqatlar”, “Təhlükəsizlik bacarıqlarının öyrədilməsinə həsr olunmuş 35 illik tədqiqatlardan öyrənilən dərslər”, “ASP müalicəsində tibbi müdaxilələr”, “Autizmli uşaqlarda yuxu problemləri: etiologiya və davranış perspektivləri” və digər mövzularda seminarlar keçirilib. Tədbirdə müasir dövrün problem olan autizmlə mübarizə yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı çərçivəsində atılmalı olan addımlar müzakirə edilib. Kapital Bank-ın İdarə…

Daha çox

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. SİA xəbər verir ki, Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib…

Daha çox

Birbank Private xidmət şəbəkəsini genişləndirir

Ölkədə ən böyük xidmət şəbəkəsinə malik Kapital Bank Neftçilər pr.153 ünvanında yeni “Port Baku” filialını müştərilərinin ixstifadəsinə verildi. Yeni konsepsiya əsasında təqdim edilən filial həftə içi 5 gün saat 9:00-dan 17:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Birbank Private müştərilərinə əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar təklif olunur. Həmçinin pərakəndə bankçılıqla bağlı xidmətlər üçün də müştərilər yeni filiala müraciət edə bilərlər. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial…

Daha çox

İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. SİA xəbər verir ki, dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb. Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.

Daha çox

AMB-də emissiya prospektlərinin tərtibatı ilə bağlı təqdimat keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Emissiya prospektlərində ən çox yol verilən xətalar” mövzusunda təqdimat keçirib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə emissiya prospektlərində ən çox rast gəlinən nöqsanlar və onların praktiki nümunələri, normativ hüquqi aktların tələbləri baxımından bu nöqsanların təhlili üzrə mühüm məlumatlar, həmçinin emissiya sənədlərinin düzgün və tam şəkildə hazırlanması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb. Tədbirin keçirilməsinin məqsədi emissiya prospektlərinin keyfiyyətinin artırılması, buraxılış prosesinin daha səmərəli və şəffaf şəkildə…

Daha çox

Milli Məclisin deputatları NATO PA-nın seminarında iştirak edəcəklər

Milli Məclisin deputatları – Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib. Bildirilib ki, tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, Türkiyənin xarici və təhlükəsizlik siyasəti prioritetləri, Suriya və Yaxın Şərqin dəyişən…

Daha çox

Hava gəmilərinin dövlət qeydiyyatı və uçotunun aparılma qaydası təsdiqlənib

Nazirlər Kabineti “Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılmasını aşağıdakı qurumlar həyata keçirəcək: – dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə – Müdafiə Nazirliyi; – mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi; – mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə – Dövlət Mülki Aviasiya Agentliyi, dövlət eksperimental aviasiyasına…

Daha çox

Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının aprelin 25-də açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Baş prokurorluqdan məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və…

Daha çox

PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək. Həmçinin PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək. Bu qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir: – maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla…

Daha çox