Aprelin 25-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Qəbələ rayon təşkilatı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin birgə təşkilatçılığı ilə “Konstitusiya Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-də keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Qəbələ…
Daha çoxDay: April 25, 2025
“Azərkosmos” Pakistan şirkət ilə Kommersiya Anlaşma Memorandumu imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri “Supernet Limited”lə Kommersiya Anlaşma Memorandumu imzalayıb. SİA bu barədə “Azərkosmos”a istinadən xəbər verir. Məlumata görə, sənəd çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmağa razılıq veriblər. Memorandumun əsas məqsədi peyk texnologiyaları sahəsində tərəfdaşlıq imkanlarını genişləndirmək, innovativ həllərin tətbiqinə töhfə vermək və tərəflərin birgə kommersiya maraqlarına uyğun fəaliyyət göstərməkdir. Eyni zamanda, tərəflər gələcək əməkdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə müəyyən məlumatların mübadiləsini həyata keçirməyi planlaşdırır, bu…
Daha çoxPrezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib. Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.
Daha çoxAlmaniya ABŞ-da yeni kəşfiyyat vasitəsini sınaqdan keçirib
Almaniya Silahlı Qüvvələri El Pasoda (ABŞ) yeni AGF 2 kəşfiyyat maşınının birgə sınaqlarını keçirib. SİA xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb. Sınaqları KSK xüsusi təyinatlı dəstəsinin mütəxəssisləri həyata keçirib. Nəqliyyat vasitələri Bundesverin satınalma departamentinin və KSK-nın işinin bir hissəsi olaraq çətin şəraitdə avtomobilin işini qiymətləndirmək üçün sınaqdan keçirilib. …Bu birgə sınaq AGF 2 platformasının hərbi tələblərə cavab verdiyini və istehsalçı tərəfindən bildirildiyi kimi fəaliyyət göstərdiyini yoxlamaq üçün aparılıb. Bunu nəşr yazır. İlk AGF 2 2024-cü ilin aprelində sınaq üçün Bundesverə çatdırılıb. AGF 2 Hollandiyanın Defenture şirkətinin Mammoth…
Daha çoxDiaspor nümayəndələri Tbilisidəki “Alyans” Gənclər Mərkəzində olublar
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov, qurumun məsul əməkdaşları və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Gürcüstana səfər çərçivəsində Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində olublar. SİA xəbər verir ki, mərkəzin sədri Leyla Əmrəhova bildirib ki, Azərbaycan dövləti tərəfindən Gürcüstanda azərbaycanlı gənclərin bir araya gəlməsi və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür, bir sıra mərkəz, dərnək və birliklər açılır. Həmçinin Azərbaycan və Gürcüstan gənclərinin bir-birlərinə daha da yaxınlaşmaları məqsədilə tədbirlər görülür. L.Əmrəhova əlavə edib ki, “Alyans” Gənclər Mərkəzində gənclərə…
Daha çoxAzərbaycan və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə iqtisadi sektorda birgə fəaliyyəti, ticarət, investisiya, sənaye parkları və “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Daha çoxQanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib
Qanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi…
Daha çoxTramp ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarını qiymətləndirir
ABŞ prezidenti Donald Tramp vəziyyətin çətin olaraq qalmasına baxmayaraq, Ukrayna münaqişəsi üzrə danışıqların irəlilədiyini bildirib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. …Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp münaqişənin nizamlanmasının “irəliyə doğru irəlilədiyini” və Vaşinqtonun bunun yaxın gələcəkdə həll olunacağına “ümidli” olduğunu bildirib. Eyni zamanda, Amerika prezidenti vəziyyətin hələ də “çox kövrək” olaraq qaldığını vurğulayıb. …Düşünürəm ki, Rusiya və Ukraynada hər şey irəliləyir. Biz ümidliyik. Hər şey çox kövrəkdir. İranda isə hər şey çox yaxşı gedir. Nə olacağını görəcəyik… Bunu deyən Tramp əlavə edib ki, bir çox…
Daha çoxABŞ-ın 14 şirkəti Bakıda keçirilmiş Kosmik Texnologiyalar Konfransında iştirak edib
ABŞ-ın 14 şirkəti aprelin 24-25-də Bakıda keçirilmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransında iştirak edib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilir. “ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara konfransda ölkəsinin şirkətlərinin nümayəndələri ilə görüşüb. ABŞ şirkətləri kosmik elmin, tədqiqatın və texnologiyanın inkişafında aparıcı rol oynayır”, – deyə məlumatda qeyd olunub.
Daha çoxƏqli Mülkiyyət Agentliyi MDB-də Azərbaycanı səlahiyyətli qurum kimi təmsil edəcək
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycanın səlahiyyətli qurumu müəyyən edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla bu səlahiyyət Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə verilib.
Daha çox