ABA və Azərbaycan Qiymətləndiricilər Palatası birgə İşçi Qrup yaradıb

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Qiymətləndiricilər Palatası” İctimai Birlikləri qarşıya çıxacaq məsələlərin operativ həll edilməsi və tərəflər arasında kommunikasiyanın təmin edilməsi məqsədi ilə birgə İşçi Qrupu yaradıb. SİA bu barədə ABA-ya istinadən xəbər verir. Məlumata görə, Assosiasiya və Palatanın rəhbərliyi, üzv bankların və aidiyatı sturuktur bölmənin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib. Görüşdə Palatanın fəaliyyəti haqqında məlumat verilib, qiymətləndiricilərin və bankların maliyyə sektorundakı fəaliyyətləri və qarşılıqlı əlaqələri, hər iki tərəfi maraqlandıran məsələlərin birgə müzakirəsi aparılıb. ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif…

Daha çox

Azərbaycanda təhlükəli yüklərin dəmir yolu ilə daşınmasına icazə və lisenziya tələb olunmayacaq

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazə və lisenziyaların siyahısını təsdiqləyib. SİA xəbər verir ki, söhbət təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazədən və təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına görə lisenziyadan gedir.

Daha çox

İranın keçmiş şahının oğlu Qərbə göstəriş verir..?

…İranın keçmiş şahı Rza Pəhləvinin oğlu Qərbi İranda çevriliş etməyə cəhd edən qüvvələrə dəstəyi artırmağa çağırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” xəbər verir. Qeyd edilməlidir ki, oğul Pəhləvi bu məqsədlə İran müxalifətinə əmək tətilləri və gediş-gəlişlərin təşkilində yardım etmək üçün fond yaratmağı təklif edib. Pəhləvinin planına görə, “tətil fondu” İslam Respublikasının dondurulmuş aktivlərindən ibarət olacaqdır. Rəsmi Tehranın rəqibi bu səylərin son məqsədini “sistemin iflici və onun çöküşü”ndə görür. Yeri gəlmişkən, 2023-cü ilin yazında İran hakimiyyəti on minlərlə etirazçını əfv edib. Əli Babayev

Daha çox

Xalq artisti və digər fəxri adlar verilərkən nəyə diqqət olunmalıdır?

“Bildiyiniz kimi bu fəxri ad məsələsi Azərbaycanda hər zaman müzakirə olunub. Bəzən kimlərəsə fəxri ad verilərkən mübahisələndirilir. Fəxri ad daşıyan insanların bu adlara nə qədər, nə dərəcədə haqq etməsi ilə bağlı mübahisələndirmələr olur. Təcrübə onu göstərir ki, bir sıra hallarda xalq artisti verilən şəxslər xalq artisti və ya digər fəxri adları, öz davranışları ilə, həyat tərzləri ilə, xidmətləri ilə doğrulda bilmir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Onun sözlərinə görə, ictimaiyyət arasında haqlı müzakirələrə yol açır. Çünki xalq artisti və ya digər fəxri adlar fəaliyyət göstərdiyi sahədə, sferada…

Daha çox

Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib

Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib. Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.

Daha çox

“Sağlam həyat tərzinin təməli düzgün, balanslaşdırılmış qidalanmadır”

“Sağlam həyat tərzinin əsas təməli düzgün və balanslaşdırılmış qidalanmadır. Qəbul edilən qidaların növü, miqdarı və qəbul saatı insanın yaşı, cinsi və gündəlik fiziki aktivliyinə uyğun şəkildə dəyişməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, 20 yaşına qədər olan şəxslərdə orqanizm inkişaf mərhələsində olduğuna görə enerji ehtiyacı daha yüksəkdir: “Bu yaş qrupuna gün ərzində 3 əsas qidalanma məsləhət görülür. Səhər yeməyi xüsusilə əhəmiyyətlidir: süd və süd məhsulları, çərəzlər və kompleks karbohidratlarla zəngin qidalarla təmin olunmalıdır. Günorta və axşam yeməkləri də həm…

Daha çox

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Türkiyənin kosmik sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Plan-S” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. SİA “Azərkosmos”a istinadən xəbər verir ki, imzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub. Tərəflər arasında əldə edilən razılaşma, “Plan-S” şirkətinin “Connecta IoT” adlı innovativ peyk şəbəkəsinin Azərbaycanda tətbiqinə dair kommersiya fəaliyyətlərinə start verilməsini və gələcək əməkdaşlıq üçün ümumi çərçivənin formalaşdırılmasını nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal və kosmik texnologiyalar sahəsində inkişafını dəstəkləməklə yanaşı, regionda peyk əsaslı IoT (Əşyaların…

Daha çox

Sovet dövründən müstəqil Azərbaycana:

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli Lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar…

Daha çox