2024-cü ildə Azərbaycanda Vergi ombudsmanına 88 vergi ödəyicisi müraciət ünvanlayıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi müxtəlif tədbirlər həyata keçirir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual…
Daha çoxDay: April 25, 2025
Nümayəndə heyətləri arasında işçi görüş keçirilib
Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin idarə olunması ilə bağlı geniş brifinq təqdim olunub. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Daha çoxSosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı getdikcə çoxalır
“Bu gün özəl sektor Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf edir. Son illərdə aparılan islahatlar nəticəsində iqtisadiyyat xeyli dərəcədə “ağardılıb”, şəffaflıq səviyyəsi yüksəlib”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Birinci müavini Elnur Əliyev deyib. Onun sözlərinə görə, vergi daxilolmaları, əmək müqavilələrinin sayı…
Daha çoxPrezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib – FOTOLAR
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib – FOTOLAR
Daha çoxAzərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb
“Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar. Biznes nümayəndələrinin kreativ və yenilikçi təşəbbüsləri həm bizneslərini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər. Məsələn, azad olunmuş ərazilərimizdə bu təşəbbüslərin çox uğurlu nümunələri var”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Birinci müavini Elnur…
Daha çoxAzərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir
“Dövlət-özəl tərəfdaşlığı üzrə də fəallığı artırmaq önəmlidir. Bu müstəvidə artıq dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icasına başlanıb. Biznes nümayəndələrinin təşəbbüsləri dövlət-özəl tərəfdaşlığı üzrə yeni və gəlirli innovativ layihələrin gerçəkləşməsinə səbəb olardı. Bu sahədə aktivlik özəl sektora yeni bazarlar, texnologiya və innovasiyaya çıxışda böyük imkanlar, yeni məhsul və xidmətlər yaranar”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş…
Daha çoxDünyanı xilas edə biləcək çağırışlar
Dünyanı xilas edə biləcək çağırışlar
Daha çox“Premier Kredit” BOKT-un lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub. BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
Daha çoxXarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır
Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib. “Son illər ölkəmizdə qəbul olunmuş qanunlar xarici investorların cəlb edilməsi üçün mühüm sənədlərdir. Eyni zamanda bu sahədə sahibkarların da aktivliyinə ehtiyac var”, – deyə o qeyd edib.
Daha çoxBakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
Mayın 13-15-də Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu (AEF) keçiriləcək. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, AEF qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir, Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədi daşıyacaq, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından…
Daha çox