Buz dövrünün vulkanizmin böyüməsinə necə təsir etdiyi kəşf edilib

Elm adamları vulkanizmin artmasının buz dövrünün sonu ilə bağlı olduğunu aşkar ediblər. Göründüyü kimi, buzun geri çəkilməsi tektonik plitələri hərəkətə gətirir. SİA-nın məlumatına görə, alimlər vulkanizmin artması ilə Buz dövrünün sonu arasında əlaqə tapıblar. Kəşf amerikalı geoloqlar tərəfindən edilib. Belə ki, Kolorado Dövlət Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, buzlar geri çəkilən zaman tektonik plitələr hərəkət etməyə başlayıb və bu da vulkanizmin artmasına səbəb olub. Əvvəllər hesab olunurdu ki, sürüşmə yavaş-yavaş, milyonlarla il ərzində baş verir. Lakin alimlərin kəşfi sübut edir ki, plitələrin mövqeyində dəyişikliklər on minlərlə il ərzində baş…

Daha çox

Amerikalı reper məhbuslara İslamı qəbul etməyə kömək edir…

…Hazırda Los Anceles təcridxanasında həbsdə olan və məhkəməni gözləyən məşhur reper Lil Dyerk məhbus yoldaşları arasında İslamı dininin özəllikləri barədə danışıqları ilə böyük rəğbət qazanıb. SİA-nın məlumatına görə, bu barədə onun atası Dontey Benks “The Breakfast Club”a müsahibəsində danışıb. …İnsan olaraq kamerada oturursan, dörd divara baxırsan… Bu, sənə təsir edir, amma sən həmişə əsas məsələyə qayıdırsan… Allahın indi bizim üçün etdiyi şey onların bizi sındırmaq cəhdlərindən daha yaxşı və vacibdir. Dyerk mənə dedi ki, o, bura gələndə blokda dörd müsəlman var idi. İndi isə onların sayı on yeddi nəfər olub.…

Daha çox

“Trampın Ukrayna sazişinin iki bəndi Aİ üçün qəti şəkildə qəbuledilməzdir”

Bu barədə artıq ABŞ prezident administrasiyası məlumatlandırılıb… …Donald Tramp administrasiyası Kiyevə Moskva üçün çox əlverişli şərtlərlə sövdələşmə planı təqdim etdi. Bununla belə, ABŞ-ın Rusiyanın Krım üzərində suverenliyini tanıması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir. SİA-nın məlumatına görə, bu barədə “Financial Times” yazıb. Nəşrin qeyd etdiyi kimi, prezident Vladimir Zelenski Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi hər hansı ərazi üzərində suverenliyini tanımaqdan imtina edib..? …Tramp Zelenskinin mövqeyini tənqid edib və bunu onun sülh səylərinə “çox zərərli” və “qıcıqlandırıcı” adlandırıb. …O,…

Daha çox

Ekspert Ukraynada münaqişənin nə vaxt bitəcəyini söylədi..?

Delaver: Xüsusi hərbi əməliyyat Rusiya Federasiyasının şərtləri ilə Milad bayramına qədər tamamlanacaq …Ukraynada münaqişə Milad bayramına qədər bitə bilər. Lakin bu, təzyiq və Kiyevi Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməklə baş verəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Fransa Xarici legionunun istefada olan generalı Dominik Delavard deyib. Onun sözlərinə görə, sülh Milad bayramına qədər olacaq, lakin bu, döyüş meydanında silah gücünə və Ukraynanı şüurlu məcburetmə ilə əldə olunacaq. Fransalı general hesab edir ki, imzalanacaq sülh müqaviləsinin şərtlərini Rusiya müəyyən edəcək. …Delavard qeyd edib…

Daha çox

Qaradağda “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” adlı dəyirmi masa

Aprelin 23-də Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Elm və Təhsil Nazirliyi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirib. Milli Məclisin deputatlarının, YAP Qaradağ rayon təşkilatının fəallarının, Qaradağ Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələrinin, şəhid ailələri üzvlərinin və qazilərin iştirak etdikləri tədbirdə Ulu Öndərin Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik…

Daha çox

Trampın komandasında fikir ayrılıqları yaranıb..?

Enerji dominantlığı ilə məşğul olan insanlar arasında daxili mübahisə gedir… …Xəbər verildiyi kimi, Ağ Ev Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı müzakirələr çərçivəsində Rusiyanın “Şimal axını 2” qaz kəməri və ola bilsin ki, Rusiyanın Avropadakı digər aktivlərinə qarşı sanksiyaların ləğvini müzakirə edir. SİA-nın məlumatına görə, bu barədə “Politico” müzakirələrlə tanış olan beş nəfərə istinadən xəbər verir. Eyni zamanda ABŞ hökuməti daxilində də bu məsələ ilə bağlı mübahisələr gedir. Nəşr qeyd edir ki, Rusiyanın qaz yataqlarını Qərbi Avropa ilə birləşdirən əsas boru kəmərlərindən birinə…

Daha çox

Əjdər İsmayılov xatirələrdə yaşayır

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təşklatçılığı ilə məşhur “91-lər”in nümayəndəsi, professor Əjdər İsmayılovun doğum günü münasibətilə “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib. YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Əjdər İsmayılovun doğum günü münasibətilə təşkil olunan “91-lər”in müasir Azərbaycan tarixində yeri” mövzusunda tədbiri yüksək qiymətləndirərək bildirib ki, bu cür tədbirlər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından son dərəcə əhəmiyyətlidir. O qeyd edib ki, “91-lər” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi yaradan, dövlətçiliyimizi və müstəqilliyimizi qorumaq uğrunda prinsipial mövqe…

Daha çox

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə və beynəlxalq hüquqa zidd şəkildə verilən bəyanatları tamamilə rədd edirik. Keçmişdə yaşanmış ağrı-acıları siyasi məqsədlərlə istismar etməyə yönəlmiş bu cür cəhdlərin heç bir hüquqi və mənəvi əsası yoxdur. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı bəyanatında yer alıb. Bildirilib ki, Türkiyə həm qlobal səviyyədə, həm də öz regionunda daim sülhü, dialoqu, qarşılıqlı anlayışı və ortaq rifahın inkişafını müdafiə edib. “Ölkəmiz bu anlayış çərçivəsində 1915-ci il hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması məqsədilə arxivlərini…

Daha çox