Bakının bir çox yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi…

Daha çox

Rusiyadan Çexiyaya neft nəql dayandırılıb

Çexiya hökuməti qərara alıb ki, üç il ərzində “Dostluq” boru kəmərinin Çexiyaya aid hissəsinin gələcək taleyi ilə bağlı qərar qəbul edəcək. SİA xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir. Məlum olduğu kimi, bu boru kəməri ilə uzun illər ərzində əvvəlcə SSRİ-dən, daha sonra isə Rusiyadan Çexiyaya neft nəql olunub. Hazırda məsələ ilə bağlı yekun qərar verilmədiyindən, boru kəməri konservasiya olunmuş vəziyyətdə saxlanılacaq. Boru kəmərindən istifadə gələcəkdə həyata keçiriləcək strateji layihənin bir hissəsi olacaq, lakin həmin layihənin forması hələ müəyyən edilməyib. TAL Trans-Alp boru kəmərinin genişləndirilməsinin başa…

Daha çox

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısamüddətə tutulacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi,…

Daha çox

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya

Qondarma “erməni soyqırımı” ilə bağlı erməni diasporunun yürüşünə etiraz olaraq Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə Vaşinqton şəhərində Şeridan dairəsi qarşısında dinc aksiya keçirilir. SİA xəbər verir ki, aksiyada ABŞ-ın müxtəlif ştatlarından yüzlərlə diaspor nümayəndəsi iştirak edib. Nümayişdə Türkiyə və Azərbaycan və digər türkdilli ölkələrin bayraqları ucaldılıb, “ASALA erməni terroruna görə cavab verməlidir”, “ABŞ Türkiyə-Ermənistan Tarixi Komissiyasını dəstəkləyir”, “Barışıq saxta ittihamdan yaxşıdır” kimi şüarlar səsləndirilib, terrorun qurbanı olan diplomat və ailələrinin fotoları nümayiş olunub, türklərə və azərbaycanlılara qarşı terror aktları pislənilib. Qeyd olunub ki, türklər və azərbaycanlılar sülh istəyir…

Daha çox

“Telegram” Fransa bazarını tərk edə bilər

“Telegram” Fransa bazarını tərk edə bilər. Şifrələnmış mesajlaşma xidmətinin yaradıcısı Pavel Durov bildirib ki, onun şirkəti “arxa qapı” vasitəsilə şifrələməni, eləcə də əsas insan hüquqlarını pozmaqdansa, Fransa bazarını tərk etməyi üstün tutur. SİA xəbər verir ki, “X” (keçmiş Twitter) hesabında Durov Paris polisinin rəisi Loran Nunezin hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinin məzmununa girişin verilməsi ilə bağlı müraciətinə cavab verib. Bu tələb fəaliyyətlərini planlaşdırmaq üçün “Telegram”dan istifadə etdiyi iddia edilən “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun Fransada son həftə ərzində həbsxanalara edilən bir neçə koordinasiyalı hücumdan sonra gəlib. “Telegram” artıq…

Daha çox

Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji…

Daha çox

Bu ölkə “Sepah”ı terror təşkilatı kimi tanıdı

Paraqvay İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıyıb. SİA xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Santyaqo Penya fərman imzalayıb. Paraqvay rəsmi olaraq “Sepah”ı terror təşkilatı kimi tanıyıb, eyni zamanda bu qərarı Fələstinin HƏMAS və Livanın “Hizbullah” təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki ki, rəsmi Asunsyon bu qərarı HƏMAS və “Hizbullah”ın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına aid edib. “Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır”, – Paraqvay lideri sosial şəbəkədə yazıb. Bundan başqa, dövlət başçısının…

Daha çox

Hindistan Hind çayının Pakistana axınını kəsib

Hindistan bəndlər və kanallar vasitəsilə suyun axmasına nəzarət edən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana doğru axınını kəsib. SİA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb. Qeyd olunur ki, bu, 1960-cı ildə Hind Suları Sazişinin imzalanmasından sonra ilk belə blokada halıdır. Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə…

Daha çox

ÜST vəba ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub. Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam…

Daha çox

Medvedev Haaqa Cinayət Məhkəməsinə alternativ yaratmaq təklif edir…

BRICS çərçivəsində..? …Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “İtirilmiş illüziyalar və ya Beynəlxalq Cinayət Məhkəməsi necə hüquqi etibarsızlığa çevrildi” məqaləsində BRICS çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinə alternativ yaratmağı təklif edib. SİA-nın əldə etdiyi məlumata görə, məqalə Sankt-Peterburq Dövlət Universitetinin “Hüquq” jurnalının bu il ilk nömrəsində dərc olunub. …Onun sözlərinə görə, məsələn, BRİKS çərçivəsində Haaqa Cinayət Məhkəməsinə alternativ qurumun yaradılması konsepsiyasının işlənib hazırlanması tamamilə mümkün görünür,.. həm də regionlararası səviyyədə… Medvedev qeyd edib ki, BRİKS-in yeni məhkəmə orqanı ölkələrin BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən dövlət başçılarının…

Daha çox