“Vətəndaşları sosial şəbəkələrdə belə şəxslərin fəaliyyətlərini boykot etməyə çağırırıq”

“Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu cür dövlətlərdə vətəndaşların konstitusiya hüquqları mövcuddur və bu hüquqlar dövlət tərəfindən qorunur. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş hüquqi statusu var və hüququ pozan əməllərinə görə müvafiq cəzalar tətbiq olunur. Cinayət, inzibati xəta, mülki və sair məcəllələrdə əks olunan hüquq pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Onun sözlərinə görə, demokratik quruluşların müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də mövcuddur: “Bu mənfilərdən biri, xüsusən, son dövrlərdə artan LGBT ideologiyasının cəmiyyətimizə təbliği və bu ideologiyanın…

Daha çox

Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət missiya Azərbaycana gələcək

Bu ilin may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyi gözlənilir. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazir Məcnun Məmmədov qonşu ölkədən olan həmkarı Oksana Lutla onlayn görüş keçirib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar. O.Lut deyib ki, kənd təsərrüfatı iki ölkənin əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiyanın Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar…

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Aprelin 25-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10: 00-da “CoinMarketCap” platformasında 0.71% bahalaşaraq 93 252 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.15% azalaraq 1767 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.11% ucuzlaşıb, BNB isə 0.21% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Qeyd edək ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib. Filmin bərpa olunmuş versiyası aprelin 23-də səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.23% – 40,093.40 bəndədək, S&P 500 indeksi 2.03% – 5,484.77 bəndədək, Nasdaq indeksi isə 2.74% – 17,166.04 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0.05% – 8,407.44 bəndədək, Fransanın CAC-40 indeksi 0.27% – 7,502.78 bəndədək, Almaniyanın DAX indeksi isə 0.47% – 22,064.51 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.45% artaraq 1.1339 dollar təşkil edib.

Daha çox

“Bakı-Pekin strateji tərəfdaşlığı davamlı xarakter daşıyır”

“Azərbaycanla Çin arasında münasibətlər hər zaman yüksək səviyyədə olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir: “Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi…

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0.53% azalaraq 3,330.80 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,43% azalaraq 33.68ABŞ dollarına bərabər olub.

Daha çox

Kiyevə kütləvi hücum olub

Kiyevdə Rusiya tərəfindən həyata keçirilən kütləvi hücum nəticəsində həlak olanların xatirəsi anılacaq. Aprelin 25-i matəm günü elan edilib. SİA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqramda məlumat paylaşıb. “Sabah, 25 aprel düşmənin paytaxta kütləvi hücumunun qurbanlarının xatirəsinə matəm günü elan edilib”, – deyə şəhər meri bildirib. Qeyd edək ki, Rusiya ordusunun Kiyevə kütləvi aviazərbələri nəticəsində 12 nəfər ölüb.

Daha çox