Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb

“Özəl sektor nümayəndələri həmişə irəliyə baxmalı, bizneslərini böyütmək naminə təşəbbüslərini artırmalıdırlar. Biznes nümayəndələrinin kreativ və yenilikçi təşəbbüsləri həm bizneslərini genişləndirər, həm də iqtisadi artıma daha çox töhfə verər. Məsələn, azad olunmuş ərazilərimizdə bu təşəbbüslərin çox uğurlu nümunələri var”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Birinci müavini Elnur…

Daha çox

Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir

“Dövlət-özəl tərəfdaşlığı üzrə də fəallığı artırmaq önəmlidir. Bu müstəvidə artıq dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsinin icasına başlanıb. Biznes nümayəndələrinin təşəbbüsləri dövlət-özəl tərəfdaşlığı üzrə yeni və gəlirli innovativ layihələrin gerçəkləşməsinə səbəb olardı. Bu sahədə aktivlik özəl sektora yeni bazarlar, texnologiya və innovasiyaya çıxışda böyük imkanlar, yeni məhsul və xidmətlər yaranar”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş…

Daha çox

“Premier Kredit” BOKT-un lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, lisenziya könüllü müraciət əsasında ləğv olunub. BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Daha çox

Xarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır

Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasında sahibkarlar aktiv olmalıdır. SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib. “Son illər ölkəmizdə qəbul olunmuş qanunlar xarici investorların cəlb edilməsi üçün mühüm sənədlərdir. Eyni zamanda bu sahədə sahibkarların da aktivliyinə ehtiyac var”, – deyə o qeyd edib.

Daha çox

Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək

Mayın 13-15-də Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu (AEF) keçiriləcək. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, AEF qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir, Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədi daşıyacaq, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından…

Daha çox

Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə 25 aprel tarixi hər il Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. SİA xəbər verir ki, “Sahibkarlar Günü” ilə bağlı ölkə sahibkarları və sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra sahibkarlar Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları…

Daha çox

Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər

Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyəti sədrinin müavini Fuad Aslanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib. “Bu konfransda 30-a yaxın ölkə təmsil olunur, ümumi iştirakçı sayı 400-ü keçib. Dünən biz bir çox maraqlı təqdimatlar gördük. Mərkəzi Avrasiyada suveren kosmik proqramların inkişafını müşahidə etmək mənim üçün çox maraqlı idi. Hesab edirəm ki, bu gün kosmos artıq qapalı məkan deyil. Biz mütləq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atmalıyıq, çünki bir çox yerli biliklər mövcuddur. İnanıram…

Daha çox

Diplomatlara təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib

Azərbaycanın dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların işçilərinə təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Daha çox