Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb. SİA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib. Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub. Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Daha çoxDay: April 25, 2025
“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Monakonun peyk operatoru “Monacosat” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. SİA xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən və “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub. Sənəd iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. “Azərkosmos” və “Monacosat” arasında qurulan bu strateji tərəfdaşlıq hər iki şirkətin peyk və kosmik texnologiyalar sahəsindəki imkanlarını genişləndirməyə xidmət edəcək.
Daha çoxCeyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli görüş başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Daha çoxSabah Azərbaycanda 32 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli…
Daha çox“Sahibkarlar günü”nə həsr olunmuş konfrans keçirilib
Bu gün Gülüstan sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət rəsmiləri və sahibkarlar iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, 25 aprel Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir. Bu tarix 2002-ci ilin aprelində ümummilli…
Daha çox“Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır”
“Çin bir çox göstəricilərinə görə dünyanın güc mərkəzinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, beynəlxalq aləmdə Çinin mövqeyi, irəli sürdüyü təkliflərə önəm verilir: “Bu ölkənin əsas iqtisadi-ticarət tərəfdarı ABŞ və Avropa İttifaqıdır. 2022-ci ildə tərəflər arasında iqtisadi ticarət dövriyyəsinin həcmi 1,6 trilyon dollar olub. Ötən il hesabatında ABŞ ilə xarici ticarət əlaqəsi tarixi rekord həddə çatıb. Çin ticarət həcmi üzrə ABŞ-ın Meksika və Kanadadan sonra üçüncü ən böyük tərəfdaşıdır. Düşünəndəki belə böyük iqtisadi əlaqələri olan və dünya iqtisadiyyatının çox vacib halqası olan Çinlə Azərbaycan…
Daha çoxAzərbaycanda ötən il 88 sahibkar Vergi ombudsmanına müraciət edib
2024-cü ildə Azərbaycanda Vergi ombudsmanına 88 vergi ödəyicisi müraciət ünvanlayıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi müxtəlif tədbirlər həyata keçirir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual…
Daha çoxNümayəndə heyətləri arasında işçi görüş keçirilib
Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin idarə olunması ilə bağlı geniş brifinq təqdim olunub. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Daha çoxSosial təşəbbüslərlə çıxış edən iş adamlarının sayı getdikcə çoxalır
“Bu gün özəl sektor Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf edir. Son illərdə aparılan islahatlar nəticəsində iqtisadiyyat xeyli dərəcədə “ağardılıb”, şəffaflıq səviyyəsi yüksəlib”. SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar günü”nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda İqtisadiyyat Nazirliyinin Birinci müavini Elnur Əliyev deyib. Onun sözlərinə görə, vergi daxilolmaları, əmək müqavilələrinin sayı…
Daha çoxPrezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib – FOTOLAR
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib – FOTOLAR
Daha çox