…Buna səbəb Atlantik okeanında okean axınlarının unikal quruluşu və suyun sıxlığıdır.
SİA-nın məlumatına görə, yeni elmi araşdırmalar göstərib ki, okean dövriyyəsi sistemi, o cümlədən Gulf Stream, görünməmiş aşağı səviyyəyə düşüb.
Əldə edilən məlumatlara görə, bu sistemin fəaliyyəti son min il ərzində minimum dəyərlərinə qədər zəifləyib.
“Nature Geoscience” jurnalı xəbər verir ki, buna səbəb Atlantik cərəyanlarının unikal strukturu və bu zonada suyun sıxlığıdır.
İqlim dəyişikliyi, öz növbəsində, buzlaqların sürətlə əriməsini stimullaşdırır ki, bu da suyun həcminin artmasına səbəb olur. Bu, okeanın yuxarı qatlarının sıxlığının azalmasına gətirib çıxarır və su kütlələrinin ümumi dövriyyəsinə mənfi təsir göstərir.
İqlim proseslərinin kompüter modelləşdirilməsi təsdiq edir ki, qlobal istiləşmə bu dəyişikliklərdə əsas amildir. …Yavaşlayan Gulf Stream-in ilk əlamətləri hələ 1850-ci ildə, daha sonra 1950-ci illərdə qeydə alınıb və hazırda elm adamları oxşar tendensiyanı müşahidə edirlər.
Okeanoqraflar qeyd edirlər ki, Gulf Stream nəhəng bir konveyer kimi fəaliyyət göstərir, ekvatorial bölgələrdən şimala isti səth sularını nəql edir və sonra soyuq, daha az duzlu suları cənuba qaytarır.
Bu sistemdə hər hansı bir pozulma qaçılmaz olaraq yaxın qitələrin iqliminə təsir edəcəkdir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə davam etdikcə Gulf Stream sisteminin zəifləməsi son iqlim modeli proqnozlarına görə 2100-cü ilə qədər 34-45 faiz arta bilər.
Nazlı Almuradova