BVF Ukraynada münaqişənin bitməsi ilə bağlı proqnoz verib…


…Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynadakı silahlı münaqişənin 2025-ci ildə bitəcəyini gözləyir. Bu məlumatlar təşkilatın son hesabatından irəli gəlir.

SİA-nın məlumatına görə, BVF hazırda Ukrayna əhalisinin 32,9 milyon nəfər olduğunu və münaqişənin sona çatmasının xaricdən gələn qaçqınların qismən geri qayıtmasına gətirib çıxaracağını təxmin edir.

2026-cı ilə qədər ölkə əhalisinin 33,4 milyon nəfərə yüksələcəyi gözlənilir.

2022-ci ilin fevralına qədər BVF-nin hesablamalarına görə, Ukrayna əhalisinin sayı 41 milyon nəfər olub.

Martın 29-da Beynəlxalq Valyuta Fondu baza ssenarisində Ukraynadakı münaqişənin 2025-ci ilin son aylarında bitəcəyi ilə bağlı proqnoz verib.

… Risklərin son dərəcə yüksək olaraq qaldığı, -qeyd edilir. Qeyd olunub ki, münaqişənin həllində irəliləyişin əldə olunması Ukrayna iqtisadiyyatında vəziyyətin yaxşılaşmasına töhfə verə bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər