“Azərkosmos” Pakistan şirkət ilə Kommersiya Anlaşma Memorandumu imzalayıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri “Supernet Limited”lə Kommersiya Anlaşma Memorandumu imzalayıb. SİA bu barədə “Azərkosmos”a istinadən xəbər verir.

Məlumata görə, sənəd çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmağa razılıq veriblər.

Memorandumun əsas məqsədi peyk texnologiyaları sahəsində tərəfdaşlıq imkanlarını genişləndirmək, innovativ həllərin tətbiqinə töhfə vermək və tərəflərin birgə kommersiya maraqlarına uyğun fəaliyyət göstərməkdir. Eyni zamanda, tərəflər gələcək əməkdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə müəyyən məlumatların mübadiləsini həyata keçirməyi planlaşdırır, bu da layihələrin daha effektiv planlaşdırılması və icrası üçün zəmin yaradacaq.

Əlaqəli Xəbərlər