Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Monakonun peyk operatoru “Monacosat” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. SİA xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən və “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı çərçivəsində baş tutub.
Sənəd iki şirkət arasında telekommunikasiya, Coğrafi İnformasiya Sistemləri (CİS) və yerüstü infrastruktur sahələrində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
“Azərkosmos” və “Monacosat” arasında qurulan bu strateji tərəfdaşlıq hər iki şirkətin peyk və kosmik texnologiyalar sahəsindəki imkanlarını genişləndirməyə xidmət edəcək.