ABŞ-ın 14 şirkəti Bakıda keçirilmiş Kosmik Texnologiyalar Konfransında iştirak edib


ABŞ-ın 14 şirkəti aprelin 24-25-də Bakıda keçirilmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransında iştirak edib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilir.

“ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara konfransda ölkəsinin şirkətlərinin nümayəndələri ilə görüşüb. ABŞ şirkətləri kosmik elmin, tədqiqatın və texnologiyanın inkişafında aparıcı rol oynayır”, – deyə məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər