…2025-ci ilin mart ayının nəticələrinə görə, Rusiya Avropanın ən böyük avtomobil bazarları reytinqində altıncı mövqeyini qoruyub saxladı.
SİA-nın məlumatına görə, martda Rusiyada 79 822 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,5 faiz azdır. Satışların belə kəskin azalmasına baxmayaraq, Rusiya bazarı bir ay əvvəl olduğu kimi ümumavropa reytinqində əvvəlki altıncı yerini qoruyub saxlaya bilib?..
Qeyd edək ki, ən çox avtomobil Böyük Britaniyada satılıb – 357 103 ədəd. Satışlar 2024-cü ilin mart ayı ilə müqayisədə 12,4 faiz artıb. Britaniyalı ekspertlər artımı nömrələrin dəyişdirilməsi ilə bağlı ənənəvi yaz artımı ilə əlaqələndirirlər. Britaniyalılar mart və sentyabr aylarında nömrələrini dəyişirlər (bu, avtomobillərin yarımillik qeydiyyata alınmasının özəlliyi ilə bağlıdır). Bir çox alıcı “təzə” nömrə əldə etmək üçün bu aylarda avtomobil almağa üstünlük verir.
…İkinci yerdə 253 497 avtomobillə Almaniyadır.
Eyni zamanda, bazar 3,9 faiz azalma göstərib. Sonrakı yerdə İtaliya (172 303 avtomobil, +6,3 faiz), Fransa (153,842 avtomobil, -14,5 faiz) və bazarında ən əhəmiyyətli artım nümayiş etdirən İspaniya gəlir – +23,2 faiz, 116,725 avtomobil…
Nazlı Almuradova