Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji…

Daha çox

Bu ölkə “Sepah”ı terror təşkilatı kimi tanıdı

Paraqvay İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıyıb. SİA xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Santyaqo Penya fərman imzalayıb. Paraqvay rəsmi olaraq “Sepah”ı terror təşkilatı kimi tanıyıb, eyni zamanda bu qərarı Fələstinin HƏMAS və Livanın “Hizbullah” təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki ki, rəsmi Asunsyon bu qərarı HƏMAS və “Hizbullah”ın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına aid edib. “Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır”, – Paraqvay lideri sosial şəbəkədə yazıb. Bundan başqa, dövlət başçısının…

Daha çox

Hindistan Hind çayının Pakistana axınını kəsib

Hindistan bəndlər və kanallar vasitəsilə suyun axmasına nəzarət edən bütün dörd şlüz qapısını bağlayaraq Hind çayının Pakistana doğru axınını kəsib. SİA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb. Qeyd olunur ki, bu, 1960-cı ildə Hind Suları Sazişinin imzalanmasından sonra ilk belə blokada halıdır. Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə…

Daha çox

ÜST vəba ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb. SİA xəbər verir ki, ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub. Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam…

Daha çox

Medvedev Haaqa Cinayət Məhkəməsinə alternativ yaratmaq təklif edir…

BRICS çərçivəsində..? …Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “İtirilmiş illüziyalar və ya Beynəlxalq Cinayət Məhkəməsi necə hüquqi etibarsızlığa çevrildi” məqaləsində BRICS çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinə alternativ yaratmağı təklif edib. SİA-nın əldə etdiyi məlumata görə, məqalə Sankt-Peterburq Dövlət Universitetinin “Hüquq” jurnalının bu il ilk nömrəsində dərc olunub. …Onun sözlərinə görə, məsələn, BRİKS çərçivəsində Haaqa Cinayət Məhkəməsinə alternativ qurumun yaradılması konsepsiyasının işlənib hazırlanması tamamilə mümkün görünür,.. həm də regionlararası səviyyədə… Medvedev qeyd edib ki, BRİKS-in yeni məhkəmə orqanı ölkələrin BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən dövlət başçılarının…

Daha çox

Buz dövrünün vulkanizmin böyüməsinə necə təsir etdiyi kəşf edilib

Elm adamları vulkanizmin artmasının buz dövrünün sonu ilə bağlı olduğunu aşkar ediblər. Göründüyü kimi, buzun geri çəkilməsi tektonik plitələri hərəkətə gətirir. SİA-nın məlumatına görə, alimlər vulkanizmin artması ilə Buz dövrünün sonu arasında əlaqə tapıblar. Kəşf amerikalı geoloqlar tərəfindən edilib. Belə ki, Kolorado Dövlət Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, buzlar geri çəkilən zaman tektonik plitələr hərəkət etməyə başlayıb və bu da vulkanizmin artmasına səbəb olub. Əvvəllər hesab olunurdu ki, sürüşmə yavaş-yavaş, milyonlarla il ərzində baş verir. Lakin alimlərin kəşfi sübut edir ki, plitələrin mövqeyində dəyişikliklər on minlərlə il ərzində baş…

Daha çox

Amerikalı reper məhbuslara İslamı qəbul etməyə kömək edir…

…Hazırda Los Anceles təcridxanasında həbsdə olan və məhkəməni gözləyən məşhur reper Lil Dyerk məhbus yoldaşları arasında İslamı dininin özəllikləri barədə danışıqları ilə böyük rəğbət qazanıb. SİA-nın məlumatına görə, bu barədə onun atası Dontey Benks “The Breakfast Club”a müsahibəsində danışıb. …İnsan olaraq kamerada oturursan, dörd divara baxırsan… Bu, sənə təsir edir, amma sən həmişə əsas məsələyə qayıdırsan… Allahın indi bizim üçün etdiyi şey onların bizi sındırmaq cəhdlərindən daha yaxşı və vacibdir. Dyerk mənə dedi ki, o, bura gələndə blokda dörd müsəlman var idi. İndi isə onların sayı on yeddi nəfər olub.…

Daha çox

“Trampın Ukrayna sazişinin iki bəndi Aİ üçün qəti şəkildə qəbuledilməzdir”

Bu barədə artıq ABŞ prezident administrasiyası məlumatlandırılıb… …Donald Tramp administrasiyası Kiyevə Moskva üçün çox əlverişli şərtlərlə sövdələşmə planı təqdim etdi. Bununla belə, ABŞ-ın Rusiyanın Krım üzərində suverenliyini tanıması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir. SİA-nın məlumatına görə, bu barədə “Financial Times” yazıb. Nəşrin qeyd etdiyi kimi, prezident Vladimir Zelenski Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi hər hansı ərazi üzərində suverenliyini tanımaqdan imtina edib..? …Tramp Zelenskinin mövqeyini tənqid edib və bunu onun sülh səylərinə “çox zərərli” və “qıcıqlandırıcı” adlandırıb. …O,…

Daha çox

Ekspert Ukraynada münaqişənin nə vaxt bitəcəyini söylədi..?

Delaver: Xüsusi hərbi əməliyyat Rusiya Federasiyasının şərtləri ilə Milad bayramına qədər tamamlanacaq …Ukraynada münaqişə Milad bayramına qədər bitə bilər. Lakin bu, təzyiq və Kiyevi Rusiyanın şərtlərini qəbul etməyə məcbur etməklə baş verəcək. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Fransa Xarici legionunun istefada olan generalı Dominik Delavard deyib. Onun sözlərinə görə, sülh Milad bayramına qədər olacaq, lakin bu, döyüş meydanında silah gücünə və Ukraynanı şüurlu məcburetmə ilə əldə olunacaq. Fransalı general hesab edir ki, imzalanacaq sülh müqaviləsinin şərtlərini Rusiya müəyyən edəcək. …Delavard qeyd edib…

Daha çox