Mən İngiltərədənəm. Qarabağa üçüncü səfərim olsa da, Xankəndiyə ilk dəfədir gəlirəm. Burada universitetin olduğunu eşidəndə, çox təəccübləndim.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Xankədiyə səfər edən beynəlxalq səyahətçi Harri Mitsidis təəssüratlarını bölüşərkən deyib.
“Qarabağ Universitetini ziyarət etdiyim üçün çox şadam. Müəllim olduğum üçün tələbələrlə ünsiyyət həmişə xoşdur. Görürəm ki, burada tələbələr çox həvəslidirlər. Yeni yaradılan universitetin ilk tələbələri olduqları üçün çox sevinirlər. Azərbaycanın təhsilə böyük önəm verməsi və ona sərmayə qoyması çox gözəldir”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb. Qrupun rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Onlar 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcəklər. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.