Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, matəm 26 aprel başlayıb mayın 4-dək davam edəcək. Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Aprelin 23-də Papa ilə Müqəddəs Pyotr bazilikində vida mərasimi başlayıb. Dəfn mərasimi isə aprelin 26-da baş tutacaq.