“Atəş” müqavimət hərəkatının agentləri Dağıstan Respublikasında uğurlu təxribat törədiblər. Əməliyyat nəticəsində telekommunikasiya modulu məhv edilib. Bu avadanlıq mühüm hərbi və hərbi sənaye obyektlərini mobil rabitə və internetlə təmin edirdi.
SİA xəbər verir ki, bu barədə ukraynalıların və Krım tatarlarının “Atəş” hərbi hərəkatı Telegram-da məlumat yayıb.
Partizanların məlumatına görə, təxribat Dağıstanın Kizlyar rayonunda baş verib. Əməliyyat nəticəsində ayrı-ayrı əməliyyat batalyonu bir-iki gün rabitəsiz və normal fəaliyyət göstərmək imkanından məhrum olub. Bundan başqa, “MiQ” və “Suxoy” korporasiyaları üçün aviasiya avadanlığı istehsal edən Kizlyar Elektromexanika Zavodunda rabitə əlaqəsi kəsilib.
…Dağıstanda müqavimət güclənir və getdikcə daha çox yerli sakin bizim hərəkatımıza qoşulur. Biz birlikdə Putin rejiminə qarşı və azadlıq uğrunda effektiv mübarizə apara bilərik.
Bunu hərəkatın agentləri bildiriblər.
Əli Babayev