Slovakiyadan olan səyyah: Qarabağın gözəlliyi bir başqadır


Mən Slovakiyadanam. Şimal qütbündən Cənub qütbünə kimi bir çox ölkələri gəzmişəm. Lakin Qarabağın gözəlliyi bir başqadır. Bura mənim ölkəm Slovakiyaya bənzəyir. Gözəl dağları var.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Qarabağa səfər edən beynəlxalq səyahətçi Lubo Fellner təəssüratlarını bölüşərkən deyib.

“Mən Şuşanı çox bəyəndim. Xüsusən oradakı yüksək nöqtədən inkişafı seyr etmək mümkündür. Bu qədər qısa zamanda bu cür böyük inkişafa nail olmaq inanılmazdır. Siz yollar və binalar, körpülər hətta üç hava limanı inşa etmisiniz. Bu, möhtəşəmdir. Biz Ağdamda xanların nəslindən olmuş şəxslərin dəfn edildiyi qəbiristanlığı ziyarət etdik. Bu ərazilər turizm üçün əhəmiyyətlidir. Mən görürəm ki, siz öz tarixinizlə fəxr edirsiniz. Bu isə hər bir uğurlu işin təməli üçün mühümdür”, – deyə o bildirib.

Əlaqəli Xəbərlər