Hüquq-mühafizə orqanlarının əməkdaşları Leninqrad vilayətinin Kinqisepp şəhərində polis əməkdaşına bıçaqla hücum edən şəxsi saxlayıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RT-yə mənbə məlumat verib.
Həbsin təfərrüatları araşdırılır. Saxlanılan şəxs barəsində cinayət işi açıldığı məlum olub.
…Aprelin 23-də bıçaqla silahlanmış şəxsin polis əməkdaşına hücumu məlum olub.
Hüquq-mühafizə orqanının əməkdaşının boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişdiyi bildirilib.
Əli Babayev