Vatikan Roma Papası Fransiskin vəfatı ilə bağlı 9 günlük matəm elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, matəm 26 aprel başlayıb mayın 4-dək davam edəcək. Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Aprelin 23-də Papa ilə Müqəddəs Pyotr bazilikində vida mərasimi başlayıb. Dəfn mərasimi isə aprelin 26-da baş tutacaq.
Daha çoxDay: April 24, 2025
Aİ daha bir Ukrayna məsələsində ABŞ-ı rədd edir…
Avropa kateqoriyalıdır… ABŞ-ın Ukrayna ilə bağlı təklif etdiyi razılaşma bir sıra mühüm məqamlarda Avropa İttifaqına (Aİ) uyğun gəlmir. …Və bu, təkcə işğal olunmuş Krımın Rusiya kimi tanınması zərurəti deyil. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” yazır. Ötən həftə ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Parisdə ona təklif etdiyi ABŞ çərçivəsinin böyük həvəslə qarşılandığını bildirib. Lakin “Reuters” mənbələri ABŞ-ın təkliflərinə “Rusiyanın Krımın qanunsuz ilhaqının tanınmasını – Avropa və Ukraynaya uyğun gəlməyən bir addım” olduğunu bildirib. …Krımdan başqa,…
Daha çoxABŞ dəstəyini dayandırarsa, Avropa fəlakətli nəticələrlə üzləşəcək?..
…Amerika Birləşmiş Ştatları Avropa qitəsinin təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi dayandırmaq qərarına gələrsə, Avropa dövlətləri hərbi mobillik, logistika və kibertəhlükəsizlik sahələrində ölümcül problemlərlə üzləşəcək. SİA-nın məlumatına görə, Avropanın nüfuzlu “Politico” nəşrinin analitikləri bu məyusedici nəticəyə gəliblər. Nəşrin dərc etdiyi məlumata görə, ABŞ-ın hərtərəfli dəstəyi olmadan hərbi kontingentlərin Avropa üzrə hərəkəti çoxlu maddi-texniki çətinliklərlə əlaqəli son dərəcə mürəkkəb, bahalı və ləng prosesə çevriləcək. Həqiqi hərbi münaqişə kontekstində Avropa ölkələri təkcə öz silahlı qüvvələrinin səmərəsizliyi ilə deyil, həm də xarici təcavüzü effektiv şəkildə dəf etməyi qeyri-mümkün edən əsl ifliclə üzləşmək…
Daha çoxNuray sübut etdi ki, səmimi imanla kəffarə olunmayacaq günah yoxdur…
…Necə ki, bir vaxtlar Maqdalena etmişdi..? …Gərək ki, SİA-nın oxucuları xatırlamış olar: çünki bununla bağlı ilk olaraq elə biz yazmışdıq… Deməli, bir müddət bundan əvvəl yaponiyalı aktrisa Rey Lil Blek gözlənilməz mənəvi bir dönüş etdi. Belə ki, o, 2025-ci ilin mart ayında İslamı qəbul etdiyini elan edərək adını Nuray İstiqbal olaraq dəyişdirdi. Qeyd edilməlidir ki, onun belə bir çevriliş etməsi bəzi medialarda mərhəmətli Məryəm Maqdalena ilə müqayisə edildi. …Onun tövbəsi və dəyişməsi Uca Allahın mərhəmətinin simvoluna çevrildi. Yeri gəlmişkən, yaponiyalı qızın hekayəsini Kursiv LifeStyle danışıb.…
Daha çoxTramp: Krım müzakirə mövzusu deyil
“Krım illər əvvəl Prezident Barak Obamanın himayəsi altında itirilib və müzakirə mövzusu da deyil”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımın işğalını hüquqi olaraq tanımayacaqlarına dair açıqlamasına istinad edərək, bu bəyanatın Rusiya ilə aparılan sülh danışıqlarına xələl yetirdiyini bildirib. “Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. O, Krımı istəyirsə niyə on bir il əvvəl Rusiyaya atəş açılmadan təhvil veriləndə onun uğrunda mübarizə aparmadı? Ərazidə həmçinin, Obama tərəfindən təhvil verilməzdən uzun illər əvvəl Rusiyanın əsas…
Daha çoxSahibə Qafarova Numan Kurtulmuşla telefon danışığı aparıb
Aprelin 23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib. Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb. Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında…
Daha çoxAlimlər itlərin insan həyatındakı rolunu araşdırıblar…
Alimlər itlərin insan həyatında hansı rol oynadığını öyrənməyə çalışıblar. Onlar müəyyən edə bildilər ki, insanlar öz ev heyvanlarını ən çox dost və ya uşaq kimi qəbul edirlər. SİA-nın məlumatına görə, Macarıstanın Eötvös Loránd Universitetinin tədqiqatçıları itlərin insanların sosial həyatında oynadığı rolu aşkar ediblər. Scientific Reports jurnalına görə, tədqiqatın bir hissəsi olaraq alimlər 700-dən çox iştirakçının məlumatlarını araşdırıblar. Onlar itləri və uşaq, romantik tərəfdaş, qohum və dost da daxil olmaqla dörd yaxın insanla münasibətlərinin 13 xüsusiyyətini qiymətləndiriblər. Nəticədə məlum olub ki, bir insanın itə münasibəti uşağa sevgi və münaqişəsiz dostluğun birləşməsidir.…
Daha çoxRumıniya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Rumıniya mətbuatında geniş işıqlandırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rumıniyanın milli xəbər agentliyi AGERPRES, “Mediafax” özəl xəbər agentliyi, “News.ro” xəbər portalı, “Pescurt.ro” xəbər portalı, “Gandul” nəşri və digər nüfuzlu media orqanları, o cümlədən “Pro TV” televiziya kanalı, “Prima TV” televiziya kanalı və başqaları Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur – Azərbaycanla strateji tərəfdaşlıq güclənir” sərlövhəli məqalələr yazılıb. Çin Xalq Respublikasının…
Daha çoxAnkarada 2 ayda 105 nəfər saxta spirtli içkinin qurbanı olub
…İstintaq çərçivəsində 43 nəfər həbs edilib. Ankara prokurorluğundan bildirilib ki, 50 şübhəli həbsdən azad edilərək məhkəmə nəzarətinə təhvil verilib. SİA xatırladır ki, Ankarada son iki ayda 105 nəfər saxta spirtli içkilərin qurbanı olub. Bunu şəhər prokurorluğu bildirib. Deyildiyi kimi, 43 nəfər həbs edilib, 50 şübhəli həbsdən azad edilərək məhkəmə nəzarətinə verilib. Agentliyin məlumatına görə, saxta spirtli içkidən zəhərlənən 29 nəfər Ankara xəstəxanalarında müalicə alır. Bundan əvvəl 81 nəfərin öldüyü bildirilirdi. Rusiyanın Ankaradakı səfirliyi diplomatik missiyaya həmvətənlərindən heç bir sorğu və ya Türkiyə rəsmilərindən Türkiyə paytaxtında saxta spirtli içki içməkdən əziyyət…
Daha çox