Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” qanun layihəsi müzakirə edilir. SİA xəbər verir ki, sənəd Prezident İlham Əliyevin imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” 29 aprel 2022-ci il tarixli sərəncamına uyğun hazırlanıb.
Müzakirələrdə energetika nazirinin müavini Samir Vəliyev, nazirliyin şöbə müdirləri Ələsgər Həsənov və Mürvət Babayev, “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov iştirak edir.