Vətəndaşların estetik əməliyyatlara baxış tərzi necədir?


Hal-hazırki günümüzdə insanların daha çox meyl etdiyi məsələlərdən biri də estetik əməliyyatlardır. Bəzi insanlar üzlərində yaxud bədənlərində qüsur olmadığı halda estetik əməliyyat edirlər. Bir sözlə özlərində kompleks yaradırlar. Lakin bəzi insanlar isə ümumiyyətlə bu hala pis baxırlar. Niyə insanlar estetik əməliyyatlara pis baxırlar? SİA bu barədə sakinlər arasında sorğu keçirib.

Şəhər sakini Aydan Süleymanova: “Ümumiyyətlə hər kəs olduğu kimi daha gözəldi.

Lakin təbii ki, kompleks yaranırsa, onun qarşısını almaq insanın özünü xoşbəxt edir. Mənimdə kənardan deyilən sözlərə əsasən heç bir qüsurum yoxdur. Amma buna baxmayaraq, özümü çox kompleksli bir insan kimi görürəm.

Həmçinin fikrimcə kənardan yaranan stereotiplərdə təsir edir. Yəni insan həmin qüsurlarını düzəltməklə kənardakı fikirləridə düzəldə bilər”.

Şəhər sakini Həsən Məlikov: “Mən ümumiyyətlə estetik əməliyyta pis baxıram. Mən özümdən məmnunam və estetik əməliyyat etmərəm. Məncə, insanlar bu kompleksi aşmaq üçün güzgüyə baxıb özlərinə xoş sözlər desin, özlərini sevsinlər”.

Şəhər sakini Könül Nəbiyeva: “Şəxsən mənim özümdə təəbiiyəm, heç bir estetik əməliiyatı yoxdur. Biz bir gün axirət günü Allaha hesab verəndə bunun cavabını verə bilmiyəcəyik. Ona görə estetik əməliyyatlarına qarşıyam”.

Şəhər sakini İsmaxan Əhmədov: “Mən estetik əməliyyatlara qarşıyam, çünki inanıram ki, insanın Allah tərəfindən ona bəxş edilən gözəlliyi toxunulmaz və özəldir. Hər bir insanın özünəməxsus siması, üz cizgiləri və görünüşü var və bu fərqliliklər bizim gözəlliyimizi daha da mənalı edir. Təbii gözəllik, zamanla formalaşan və insana xas olan bir dəyərdir. Mənim fikrimcə, bu təbiiliyə müdaxilə etmək, onu dəyişdirməyə çalışmaq həm yaradılışa, həm də insanın öz kimliyinə hörmətsizlikdir. Mənim nəslimdə də bu dəyərlər qorunub saxlanılıb — heç kim estetik əməliyyata ehtiyac duymayıb, çünki biz özümüzü olduğumuz kimi qəbul etməyi və sevməyi öyrənmişik”.

Şəhər sakini Zaur Mustafayev: “Mən estetik əməliyyat etdirən insanlara qarşı heç bir mənfi yanaşmam yoxdur. Əksinə, hər kəsin öz bədəninə və görünüşünə dair qərar vermək hüququna malik olduğunu düşünürəm. İnsanlar özlərini necə daha yaxşı və gözəl hiss edirlərsə, o şəkildə davranmaqda sərbəstdirlər. Gözəllik anlayışı hər kəs üçün fərqlidir və bu fərqliliklərə hörmətlə yanaşmaq lazımdır. Elə insanlar da var ki, xarici görünüşlərindəki müəyyən cəhətləri kompleks halına gətirirlər və bu səbəbdən estetik əməliyyata ehtiyac duyurlar. Əgər bu əməliyyatlar onlara özlərinə olan inamı qaytarırsa və xoşbəxt hiss etdirirsə, bu da anlayışla qarşılanmalıdır”.

Şəhər sakini Aysel Bağırova: “Əgər bir insan öz qulağından, burnundan və ya hər hansı bir üz cizgisindən narazıdırsa, estetik əməliyyat etdirməyi seçə bilər. Bu, onun şəxsi qərarıdır və özünü daha rahat hiss etməsi üçün atdığı bir addımdır. Lakin mənim fikrimcə, əgər həmin görüntü kənardan baxıldığında pis və ya narahatedici görünmürsə, bu zaman əməliyyata ehtiyac olmaya da bilər. Bəzən insanlar özlərini kompleksə saldıqlarını düşünür, amma əslində bu, cəmiyyətin qoyduğu gözəllik standartlarına uyğunlaşmaq — yəni eyniləşmək cəhdidir. Məncə, bu daha çox kompleksdən doğan bir hal yox, başqalarına bənzəmə istəyi, sosial təsirlərlə formalaşan bir meyldir”.

Əlaqəli Xəbərlər