“Bizim ölkələrimiz arasında çox ciddi qarşılıqlı səfərlər olub”


“Azərbaycan Çin arasında münasibətlərin inkişaf etməsi, hər iki dövlətin maraqlarına xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi gündən və bu günə qədər Çin Xalq Respublikası ilə olan münasibətlərinə xüsusi önəm verib. Bu nöqteyi-nəzərdən qarşılıqlı təmaslardan, səfərlərdən və digər beynəlxalq tədbirlərdə keçirilən görüşlərdən əldə edilən razılaşmalardan görmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev 2014-cü ildə Çinə qarşı tərəfin dəvətilə işgüzar səfərə getməsi, daha sonra 2015-ci ildə dövlət səfərini etməsi və dövlətlər arasında münasibətlərin, çox inkişaf etdiyi məqamlarda həyata keçirilir: “2019-cu ildə isə Azərbaycan Prezidentinin Çində “Bir Kəmər Bir Yol” forumunda iştirak etməsi və bu forum zamanı keçirilən görüşlər Azərbaycanla Çin arasında münasibətlərin inkişaf etməsinə səbəb olub. Eyni zamanda bir tarixi hadisəni də mütləq şəkildə qeyd etmək lazımdır ki, ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin orada fəxri qonaq kimi iştirak etməsi və Çin Xalq Respublikasının rəhbəri Si Çin Pinlə görüşməsi və Azərbaycanla Çin arasında tarixi sənəd olan strateji tərəfdaşlığın qurulması haqqında sənədin imzalanması çox mühüm bir haldır. Əslində Azərbaycanla Çin arasında olan münasibətlərin artıq rəsmi və eyni zamanda tarixi bir mərhələyə keçməsindən xəbər verir. Ondan sonra artıq bizim ölkələrimiz arasında çox ciddi qarşılıqlı səfərlər olub. Azərbaycanın nümayəndə heyətləri müxtəlif istiqamətlərdə səfərlər edərək Çin rəsmiləri ilə görüşlər keçirmişdir. Bura Baş Prokurorluq, Prezident Administrasiyası, Yeni Azərbaycan Partiyası və digər istiqamətlərdə fəaliyyət göstərən sahələrə aid olan şəxslərin Çinə səfər etməsi, eyni zamanda Çindən Azərbaycana nümayəndə heyətlərinin gəlməsi və COP-29 tədbirində Çin tərəfindən böyük nümayəndə heyətinin burada iştirak etməsi, bunların hamısı qarşılıqlı maraqı doğuran məsələlərdir”.

Əlaqəli Xəbərlər