“Citi Research” analitikləri qızılın unsiyasının növbəti üç ay ərzində qiymət proqnozunu gözlənilən 3200 dollardan 3500 dollara qaldırıblar. SİA xəbər verir ki, ekspertlərin fikrincə, ABŞ-ın tətbiq etdiyi idxal rüsumlarının qlobal ticarətə təsiri ilə bağlı narahatlıqlar qiymətli metala marağı artırıb.
Bundan əlavə, Çinin hakimiyyət orqanları bu yaxınlarda on sığorta şirkətinə öz aktivlərinin 1 faizini qızıl almaq üçün ayırmalarına icazə verib ki, bu da illik təxminən 255 ton tələbat yarada bilər.
Qeyd edək ki, aprelin 21-də “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti 2,3 faiz bahalaşaraq unsiyası 3403,9 dollara yüksəlib. İlin əvvəlindən bəri qiymətli metal 29 faizədək bahalaşıb.