“Azərbaycan-Ermənistan münasibətlərində indiki vəziyyətdə o qədər də ciddi irəliləyiş yoxdur. Hələlik Ermənistan mənasız bəyanatlar verməklə məşğuldur. Azərbaycan tərəfinin ortaya qoyduğu şərtlərə əməl etmək fikri yoxdur. Müxtəlif formalarda Azərbaycanın tələblərindən yayınmağa çalışırlar. Yəni ortada olan fakt ondan ibarətdir ki, həmçinin Azərbaycan Prezidenti də bunu təsdiq edir ki, 17 bənddən ibarət sülh müqaviləsinin mətni razılaşdırılıb və həmin şərtlər daxilində müqavilə imzalamaq olar”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın özəl şərtləri var: “Bu şərtlərdən ikisini Azərbaycan Prezidenti açıq şəkildə bildirib:
Birincisi Ermənistan Konstutisiyasının giriş hissəsində müstəqil bəyannaməsinə istinadən aradan qaldırılmasıdır. Çünki həmin Ermənistan Konstitusiyasının 2015-ci ildəki düzəlişindən sonrakı variantında belə bir ifadə işlənir ki, “Ermənistan Konstitusiyası bəzi müddəalara və prinsiplərə, o cümlədən birlik bəyanməsinin prinsip və müddəalarına əsaslanaraq qəbul olunub. Yəni Ermənistan bu müddəaları orada saxlamaqla, həmin müstəqillik bəyannaməsinə istinad edir. Həmçinin onların müstəqillik bəyannaməsi 1990-cı il avqust ayının 23-də qəbul olunub. Eyni zamanda həmin bəyannamədə Azərbaycana qarşı açıq-aşkar ərazi iddiası var. Çünki bəyannamə də 1989-cu il dekabrın 1-i Ermənistan Ali Sovetinin qərarına söykənir”.
Siyasətçi bildirir ki, Ermənistan Ali Soveti 1989-cu il dekabr ayının 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi: “Bu müstəqillik bəyannaməsidə açıq-aşkar Azərbaycana qarşı ərazi iddiasının olması deməkdir.
1990-cı il bəyannaməsinin 11-ci bəndində Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası var. Türkiyənin bir hissəsi Qərbi Azərbaycan adlandırılır və qondarma erməni soyqrımı orada qabardırılır. Ona görə də müstəqillik bəyannaməsinə istinad oradan götürülməlidir. Ermənistan tərəfi, yəni Nikol Paşinyan bunu edəcəklərinə söz verir, amma nə vaxt edəcəklər, yaxud ümumiyyətlə bu sözləri düzgündürmü bilinmir. Ermənilərin sözünə qətiyyən inanmaq olmaz! Son onillik ərzində baş verən hadisələrə nəzərən deyirik ki, onlar sözlərini tutmurlar.
Ermənilərin dediklərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra Kontitusiyalarında dəyişiklik edəcəklər, amma buna inanmaq olmaz. Həmçinin bu kimi təklifə ehtiyacda yoxdur. Çünki Azərbaycan Konstitusiyasında ona qarşı ərazi iddiası olan ölkə ilə sülh müqaviləsi imzalamaz”.
Bununla yanaşı Akif Nağı qeyd edir ki, ikinci şərt ondan ibarətdir ki, Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı mövqeyini ortaya qoymalıdır: “Onların dediyinə görə, sülh müqaviləsi imzalandıqdan 10 dəqiqə sonra Minsk Qrupunun buraxılması ilə bağlı sənəd imzalanacaq. Lakin Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxışında bildirib ki, sülh müqaviləsi imzaladıqdan sonra Minsk Qrupunun buraxılması ilə bağlı prosesə başlayacaqlar. Bu prosesi isə belə şərh etdilər ki, “Biz ATƏT-in 57 ölkəsinə fikrimizi göndərəcəyik ki, onların bizim mövqemiz barədə fikirləri nədən ibarətdir. Eyni zaman ATƏT-in katibliyinə mövqemizi bildirəcəyik. Həmçinin Azərbaycan-Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı komissiya yaradılacaq”.
Bununla onlar yenə də Azərbaycanı söz oyununa cəlb edirlər, həmçinin özünü dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycanın bütün tələblərini yerinə yetirdilər. Amma bu tələbləri yerinə yetirmək fikirləri yoxdur. Azərbaycan isə öz mövqeyində israrlıdır”.