Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetinin (NUML) İslamabad şəhərində təşkil etdiyi “Yaz Festivalı 2025” adlı tədbirə qatılıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, bu münasibətlə festivalda Azərbaycan stendi quraşdırılıb.
Stenddə Azərbaycanın milli yeməkləri və desertlərindən ibarət müxtəlif kulinariya nümunələri, həmçinin Azərbaycan tarixinə və mədəniyyətinə aid suvenirlər təqdim olunub.