Nigeriyada silahlı hücum: 56 nəfər öldürüldü


Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində silahlıların hücumu nəticəsində azı 56 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. Qubernatorun media üzrə müşaviri Solomon İorpev qeyd edib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində hücumların qurbanlarının sayı arta bilər. Hazırda ştatda təhlükəsizlik qüvvələri yerləşdirilib. Benue sakinlərinə hücum aprelin 18-nə keçən gecə baş verib. Yerli hakimiyyət orqanları hücumların qismən dini səbəblərdən qaynaqlandığını və maldarlardan ibarət etnik qrup tərəfindən törədildiyi bildirir.

Əlaqəli Xəbərlər