Moskva vilayətində çevik polis əməkdaşı yol qəzasından sonra müəmmalı şəraitdə yoxa çıxıb.
SİA xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.
Polisdən verilən məlumata görə, 34 yaşlı kişi aprelin 17-də gecə növbəsində olmalı olduğu bölməyə gedib.
O, arvadına zəng edərək, işə çatdığını, əslində isə qəzaya düşdüyünü deyib.
Onun avtomobili Krım magistralının 43-cü kilometrliyində xəndəyə uçub. Çevik polis hadisə şahidlərinin təcili yardım çağırmaq təklifini rədd edib və sonra gözdən itib.
Artıq dörd gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirləri aparır, nəticə yoxdur. …Əvvəllər bildirilirdi ki, Rusiyada ən çox 40 yaşlı kişilər itkin düşür.
Əli Babayev