Koreyada bütün hərbi təyyarələrin uçuşu dayandırıldı


Cənubi Koreya Hərbi Hava Qüvvələri bir hücum təyyarəsinin pulemyot konteyerlərini və boş yanacaq çənlərini itirməsi səbəbindən demək olar ki, bütün uçuşları dayandırıb. SİA xəbər verir ki, bu barədə “Ryonhap” agentliyi məlumat yayıb. “Kəşfiyyat əməliyyatları aparan və ya döyüş növbətçiliyində olanlar istisna olmaqla, bütün təyyarələrinin uçuşlarına məhdudiyyətlərin tətbiqi qərara alınıb”, – məlumatda qeyd olunub.

Qərar hazırda Koreyada ABŞ-ın iştirakı ilə keçirilən genişmiqyaslı “Azadlıq bayrağı” təlimlərinin dayandırılmasına səbəb olub. Təlimlərə hər iki ölkədən 1100-ə yaxın hərbi qulluqçu, həmçinin 90 təyyarə cəlb olunub. Təlimlərin sabahdan davam edəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər