“Böyük Qayıdış Azərbaycanın regional liderliyini möhkəmləndirir”

“44-günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz qələbəmiz müasir Azərbaycanın tarixində dönüm nöqtəsi hesab olunan ən mühüm hadisədir. Tarixi zəfərimizi təcəssüm etdirən başlıca məqamları nəzərdən keçirərkən çox qısa müddətdə böyük işlərin həyata keçirildiyi “Böyük Qayıdış” proqramı mütləq şəkildə qeyd edilməlidir. Bu proqram yalnız məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına qayıdışını deyil, həmçinin dövlətin uzunmüddətli strateji məqsədlərinə xidmət edən genişmiqyaslı planını əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib. Onun sözlərinə görə, belə ki, sosial və iqtisadi tədbirlərlə paralel olaraq Böyük Qayıdış proqramının daxili və xarici siyasətə təsirləri xüsusilə nəzərdən…

Daha çox

Putin Pasxa atəşkəsi elan edib…

Rusiya lideri Vladimir Putin Pasxa atəşkəsi elan edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. …Rusiya tərəfi humanitar mülahizələri rəhbər tutaraq, bu gün bazar günündən bazar ertəsinə kimi saat 18:00-dan gecə yarısına qədər Pasxa atəşkəsi elan edir, – nəşr yazır. Prezident qoşunlara müəyyən müddətə bütün hərbi əməliyyatları dayandırmağı əmr edib. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin pozuntularını dəf etməyə və düşmənin istənilən təxribatına cavab verməyə hazır olmalıdır. Əli Babayev

Daha çox

Bu, krımlılar üçün yaxşı siqnal olardı..?

ABŞ-ın Krımın Rusiya statusunu tanıması Qərb ölkələrinin seçiminə hörmət etməyə başlayan krımlılar üçün yaxşı siqnal olardı. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu sözləri Krım parlamenti sədrinin birinci müavini Sergey Tsekov deyib. …Hələlik bunlar yalnız media səviyyəsində olan xəbərlərdir; ABŞ hakimiyyətinin bu mövzuda rəsmi mövqeyi açıqlanmayıb. Lakin Krımın Rusiya statusunun tanınması krımlılar üçün yaxşı siqnal olardı, – o qeyd edib. Tsekov əlavə edib ki, mediada bu cür məlumatlar ictimaiyyətin diqqətini Krıma cəlb edir. Onun fikrincə, Qərbdə çoxları yarımadanın qanuni olaraq Rusiyanın tərkibinə daxil olduğunu başa düşür. Bloomberg daha…

Daha çox

“Ermənistanın sülh müqaviləsi ilə bağlı mövqeyi başa düşülən deyil”

“Azərbaycan-Ermənistan münasibətləri iki mənalıdır. Çünki bir tərəfdə Azərbaycan həqiqətən də səmimi şəkildə Ermənistanla normal münasibətlər qurmağa çalışır, bunun üçün hətta gərəkli güzəştlərə də gedir, amma qarşılığında Ermənistan daha da dirəniş göstərir. Sanki müharibədə qalib tərəf Ermənistan, məğlub tərəf Azərbaycandır. Halbuki, Azərbaycan müharibədə qalib tərəf kimi Ermənistana öz mövqeyini diktə edə bilər, sadəcə olaraq biz genişürəklilik göstərib Ermənistanın üzərinə çox getmirik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, Ermənistan da bunu fürsətə çevirməyə çalışır və üstümüzə gəlirlər: “Münasibətlər ona görə də bir növ dalana dirənmiş kimi…

Daha çox

Kazanda tatar geyimi günü keçirilib…

…Tatarıstanın paytaxtında tatar milli geyiminə həsr olunmuş təntənəli məclis keçirilib. Tədbirdə respublikanın hər yerindən sənətkar, abıştay və dizayner qadınları bir araya gətirərək tatar geyim mədəniyyətinin ənənələrini və müasir tendensiyalarını müzakirə ediblər. SİA-nın məlumatına görə, geyimin mənəvi öyüd-nəsihət vasitəsi kimi əhəmiyyətini vurğulayan Tatarıstan müftisi Kamil Həzrətin çıxışı xüsusi diqqət çəkib. …Geyim dağvatdır və başqalarına Allahı xatırlatmalıdır, – deyə müfti geyimin İslam normalarına uyğunluğundan danışıb. Bayramın ideoloji ilhamçısı, Tatarıstan Respublikası Müsəlman Ruhani İdarəsinin və Tatarıstan Respublikası Müsəlman Qadınlar Birliyinin qadınlarla iş şöbəsinin müdiri Nailə Jiqanşina tatar geyimində adət-ənənələrlə müasirliyin əlaqəsindən danışıb. Gecədə…

Daha çox

Azərbaycan Orta Dəhlizdə darboğazları aradan qaldırmağa başlayıb

Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib. “Layihənin icrası Bakı-Böyük Kəsik dəmir yolu xətti üzrə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) mövcud darboğazın aradan qaldırılması məqsədi daşıyır”, – ADY-dən bildirilib. Qeyd edək ki, TBNM-in inkişafı və səmərəliliyinin artırılması çərçivəsində bu günə kimi Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık-Moyıntı dəmir yolu hissəsində ikinci,…

Daha çox

Bakının əsas prospektlərindən birində təmir işlərinin bitəcəyi vaxt

Bakı şəhəri, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılır. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. “Hazırda ərazidə təmizlənmə işləri həyata keçirilir. Növbəti mərhələdə isə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Qeyd edək…

Daha çox

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Bu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. AAYDA sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edit.

Daha çox

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminə görə BƏƏ ilk dəfə lider olub

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 950,1 milyonmanat​​​​​ vəsait yönəldilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur. Hesabat dövründə xarici investisiyaların 936,5 milyon manatı (98,7 %-i) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub. Mart ayında BƏƏ Azərbaycana yatırılan investisiyaların həcminə görə ilk dəfə olaraq birinci yerdə qərarlaşıb və 2025-ci ilin birinci rübündə Böyük Britaniyanı geridə qoyub. Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3…

Daha çox