Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir. SİA-nın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir: “Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir…
Daha çoxDay: April 19, 2025
"Yuxular sizin imtahanlarınız ola bilər" – İLAHİYYATÇI DANIŞDI
“Yuxular sizin imtahanlarınız ola bilər” – İLAHİYYATÇI DANIŞDI
Daha çoxAzərbaycanda 11 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 10 fiziki şəxsə və 1hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini bərpa edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Bununla bağlı qərar aprelin 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. “Sığorta vasitəçilərinin fəaliyətinin bərpası onların lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırılmas olub”, – məlumatda deyilir.
Daha çoxYol polisi səfərə çıxan sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb: “Bir sıra bölgələrdə hələ də əlverişsiz hava şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər…
Daha çox“Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra dinamik inkişaf edəcək”
“Gürcüstan-Azərbaycan əlaqələrində diqqəti cəlb edən əsas cəhət ondan ibarətdir ki, dünyamızda çox az sayda qonşu ölkələr Azərbaycan və Gürcüstan qədər səmimi dostluq münasibətlərinə, sıx iqtisadi əməkdaşlığa və birgə layihələr iştirakçılığı səviyyəsinə malikdirlər. Bunu Gürcüstan Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana reallaşdırmaqla Gürcüstan Prezidenti də sübut etmiş oldu. Azərbaycan Gürcüstanla Cənubi Qafqaz regionunda reallaşdırılsada, bütövlükdə qlobal strateji əhəmiyyətə malik olan “Enerji ” və “Komunikasiya ” layihələrinin iştirakçılarıdır. Yəni bu layihələrdə iştirak Azərbaycan-Gürcüstan arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil etməklə, əhəmiyyət ilə də xüsusi seçilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad…
Daha çoxUlu Öndərin qeyd etdiyi kimi, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir
“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə,Ümummilli Lider bu fikirləri ilə hər bir xalqın, dövlətin tanıdılmasında, varlığını təsdiqləməsində dilin böyük rola malik olduğunu bir daha sübut edir: “Əbəs yerə deyilmir ki, bir…
Daha çoxBakıda genişmiqyaslı təmizlik işləri aparılıb
Yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti aprelin 19-da paytaxtda genişmiqyaslı təmizlik işləri aparıb. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənib. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və…
Daha çoxADSEA-nın tabeliyindəki xidmətin işçilərinin sayı artırılıb
ADSEA-nın tabeliyindəki xidmətin işçilərinin sayı artırılıb
Daha çoxAzərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər. Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir: – Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması; – Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram…
Daha çoxİşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirildi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb. Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.…
Daha çox