…Sankt-Peterburqdan Moskvaya uçan “Rossiya Hava Yolları”na məxsus “Sukhoi Superjet” təyyarəsi paytaxtın Vnukovo hava limanında məcburi eniş etməyə hazırlaşır.
SİA xəbər verir ki, bu barədə cümə günü, aprelin 18-də mənbələrə istinadən REN telekanalı məlumat yayıb.
…Təyyarənin eniş şassisi ilə bağlı problemlər yaranıb – ön şassisi sıradan çıxıb, – telekanal xəbər verir.
Qeyd edək ki, yanvarın 19-da analoji vəziyyət paytaxtda baş verib: Moskvadan Saranska doğru hərəkət edən göyərtəsində 72 sərnişinin olduğu “Sukhoi Superjet” təyyarəsi eniş şassasındakı problemlər səbəbindən Şeremetyevo hava limanında məcburi eniş edib.
İnsanlar təxminən bir saat sonra ehtiyat təyyarə ilə təyinat yerlərinə yola salınıb.
…Fevralın 9-da Moskvadan Sankt-Peterburqa uçan “UTair” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı eniş şassisi ilə bağlı problemlə üzləşib – təyyarə komandiri bildirib ki, bütün eniş şassiləri geri çəkilməyib.
Hadisədən iki dəqiqə sonra o, dispetçerə problemin həll olunduğunu bildirib.
Nazlı Almuradova