Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlərini davam etdirir. SİA-nın məlumatına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2011-ci ildən etibarən Mingəçevir şəhərində su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb. Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Əhaliyə verilən sutəmizləyici qurğuda 28 sayda qum…

Daha çox

Polşanın ilk qadını “F-16” qırıcı pilotu olub…

Qadın ABŞ-da təhsil alıb. …Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkə tarixində ilk dəfə bir qadının “F-16” qırıcı pilotu olduğunu açıqlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, indiyədək Polşa Hərbi Hava Qüvvələrində “F-16” döyüş təyyarəsinin idarə edilməsində yalnız kişilər oturub. İndi bu, dəyişir, ilk qadın bu təyyarələri idarə edən elit pilotlar qrupuna qoşulur. Qadının adı təhlükəsizlik səbəbi ilə açıqlanmır. …Hərbi Hava Qüvvələrimiz və bütün Polşa Silahlı Qüvvələri üçün vacib xəbər – ilk qadın “F-16” pilotu oldu! Laskidəki 32-ci Taktiki Hava Bazasında qadın zabit xidmət edir.…

Daha çox

Neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3 milyard 224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1 milyard 430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin…

Daha çox

Özbəkistan ABŞ-a öz peykini buraxmaq üçün müraciət edib

…Özbəkistan öz peykini buraxmaq üçün Amerikanın SpaceX şirkətinə müraciət edib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Texnologiyalar Nazirliyi yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi məlumat yayıb. Təşkilat Özbəkistan nümayəndə heyətinin ABŞ-a səfərindən və Amerika tərəfi ilə mühüm razılaşmaların əldə olunmasından danışıb. …ABŞ-a səfərin ən mühüm görüşlərindən biri bu gün kosmik bazarda aparıcı şirkət olan SpaceX-in Los-Ancelesdəki ofisinə baş çəkmək olub”, – deyə məlumatda bildirilir. Gənc özbək mütəxəssisləri Kyusyu Texnologiya İnstitutunda (Yaponiya) təhsil aldıqları müddətdə müvafiq elmi və texnoloji kosmik aparatı yığmağı planlaşdırırlar. Daha əvvəl Aviasiya…

Daha çox

“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb

Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” beynəlxalq jurnalının yunan dilində növbəti nömrəsi nəşr edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, jurnalda 2024-cü ildə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərdə qeydə alınan irəliləyişlər, o cümlədən xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, Hökumətlərarası iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, eləcə də Yunanıstanın Baş naziri K.Mitsotakisin ölkəmizə səfəri və səfər çərçivəsində ölkə liderlərinin görüşü ilə bağlı ətraflı məlumat verilib. Yunanıstanlı oxucular jurnaldakı yazılar vasitəsilə dünya memarlığının nadir incilərindən sayılan Heydər…

Daha çox

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Xarici İşlər Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, Xarici Kəşfiyyat İdarəsinin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri iştirak ediblər. Qərargahda keçirilən görüş zamanı “Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi” mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Görüşün yekununda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

Daha çox

I rübdə 830 milyon manatdan çox vəsait xərclənib…

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub. Həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi…

Daha çox

Rus “Qeran”ları ilk dəfə Qələbə Paradında nümayiş etdiriləcək

Xüsusi hərbi əməliyyatlar zamanı istifadə olunan “Qeran-2” kamikadze pilotsuz uçan aparatları ilk dəfə mayın 9-da keçiriləcək Qələbə Paradında nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, Hərbi Xəbərçi Telegram kanalı xəbər verir ki, pilotsuz təyyarələr paradın məşqi zamanı görüntülənib. Kanal arxada iki “Qeran” olan dörd oxlu KamAZ-6350 yük maşınının əks olunduğu fotoşəkilə diqqət çəkib. Pilotsuz təyyarələr qara rəngə boyanmışdır ki, bu da gecə saatlarında pilotsuz təyyarələrin görünməsini azaldır. Delta qanadlı təyyarə quyruqsuz dizayndan istifadə edilməklə hazırlanır. Pilotsuz təyyarə itələyici pervaneli daxiliyanma mühərriki ilə təchiz edilib. 200 kiloqramlıq cihazın təxminən 50 kiloqram ağırlığında döyüş…

Daha çox

Reklam edərək əxlaqsızlığı təbliğ edirlər?

“İstaqram”da, “tiktok”da açıq bazardı, kameraya oynayan satıcıların sayı durmadan artır. Əksəriyyəti eyni cür görünürlər – eyni dişlər, eyni dodaqlar, eyni burun, eyni əməliyyatlı omba. Bir sözlə, bir-birinin eynisi, əksəriyyətinin də görünüşündən vulqarlıq yağan tiplər. Daha doğrusu, işə yeni başlayanda normal görünüşdə olurlar, spesifik, adi görünüşləri olur, bir neçə aydan sonra başlayırlar öz bədənlərində təmir, yenidənqurma işləri aparmağa. Bəs bunun sonu nə zamansa olacaqmı? Məsələ ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb. Şəhər sakini Səadət Axundova: “Bu çox biarçı bir mənzərədir. Olmaz belə şeylər eləmək. Cavanlarda onlardan görür və öyrənir…

Daha çox

Zakir Həsənov nümayəndə heyətini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, bildirilib ki, qonaqlar əvvəlcə Zəfər parkına gələrək Zəfər abidəsinin önünə əklil qoyub. Sonra Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, xatirələri dərin hörmət və ehtiramla yad edilib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklil və gül dəstələri düzüblər. Qonaqları salamlayan…

Daha çox