İndiyə qədər Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata gör., təkcə bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ isə ötən ilin eyni dövrünə nisbətən 15,6 % artaraq 369 min manat olub.