Hədəfimiz odur ki, ölkədə dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin həcmi artırılsın. Son 8 ildə dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin məbləği artmır. Bu, bizi çox narahat edirdi. Tərəfimizdən aidiyyəti dövlət qurumları ilə aparılan səmərəli danışıqlar nəticəsində artıq irəliləyiş var. SİA xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsait kəskin şəkildə artırılacaq.
O, həmçinin əlavə edib ki, may ayının əvvəlində Gəncə şəhərində ilk dəfə Vəkillər Kollegiyasının regional mərkəzinin açılışı olacaq.